Struktur bölmənin adı
- Kredit təşkilatlarının fəaliyyətinə dair siyasət və tənzimlənmə departamenti \ Banklarda stress-testləşmənin təhlili bölməsi
Vəzifənin funksiyaları:
- Bölmə və şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, araşdırmaların aparılması və təkliflər hazırlanması;
- Banklarda daxili kapital və likvidlik qiymətləndirilməsi proqramlarının (İCAAP/İLAAP) tətbiqi üçün prudensial tənzimləmə tələblərinin müəyyən edilməsində iştirak;
- Stress-testlərin aparılması və modellərin təkmilləşdirilməsi üzrə banklara metodoloji dəstəyin göstərilməsində iştirak;
- Banklarda stress-testlərin keçirilməsi prosesi üzrə requlyativ tələblər, metodologiya və şablonlar üzrə təkliflər formalaşdırılmasında iştirak;
- Banklar tərəfindən stress-testlərin aparılması prosesinin, modellərinin, onların uyğunluğunun, nəticələrinin və stress-testlərin bankların risk idarəetməsi prosesində nəzərə alınmasının qiymətləndirilməsində iştirak;
- Bölmə və şöbə rəhbərinin tapşırığına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işlərin yerinə yetirilməsi.
Texniki kompetensiyalar
- Banklarda risklərin idarə edilməsi üzrə biliklər (orta səviyyədə)
- Ekonometrika və modelləşmə üzrə texniki biliklər (yüksək səviyyədə)
- Banklarla bağlı normativ xarakterli aktlar haqqında biliklər (orta səviyyədə)
- Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında qanun (orta səviyyədə)
Təcrübə
- Maliyyə sektorunda əsasən risklərin idarəedilməsi sahəsi üzrə 1 il
Təhsil
- Ali təhsil (iqtisadiyyat/maliyyə/riyaziyyat/ekonometrika)
Dil bacarığı
- Azərbaycan dili (əla səviyyədə), İngilis dil (yaxşı səviyyədə)
Kompüter bacarıqları
- MS Office proqramları (yaxşı səviyyədə)
- Statistika/Ekonometrika proqram təminatları üzrə biliklər (arzuolunandır)
Sertifikatlar
- Beynəlxalq sertifikatları olan namizədlərə üstünlük verilir.