Struktur bölmənin adı
- Kapital bazarı fəaliyyətinə dair siyasət və tənzimlənmə departamenti \ Tənzimlənmə və nəzarətin metodologiyası şöbəsi
Son müraciət tarixi:
- 08.01.2025
Vəzifənin funksiyaları:
- Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin, investisiya fondları və investisiya fondlarının idarəçilərinin fəaliyyətinin tənzimlənməsinə və nəzarətin təşkilinə dair normativ-metodoloji bazanın formalaşdırılması və mövcud bazanın təkmilləşdirilməsi üzrə normayaratma fəaliyyətində iştirak;
- Kapital bazarını tənzimləyən qanunvericilik aktlarının hazırlanmasında iştirak;
- Mərkəzi depozitar, klirinq təşkilatı və fond birjasının daxili qaydalarının optimallaşdırılması üzrə təkliflər hazırlanmasında iştirak, fond birjasının və klirinq təşkilatının daxili qaydalarının təhlilində və rəyin bildirilməsində iştirak;
- Kapital bazarının iştirakçılarının fəaliyyətini tənzimləyən normativ hüquqi aktların hazırlanmasında iştirak;
- Prudensial normativlərin və tələblərin tətbiqi, habelə lisenziyalaşdırılan şəxslərə, həmçinin Mərkəzi Bankın nəzarət funksiyasını həyata keçirən əməkdaşlarına və digər aidiyyəti struktur bölmələrinə metodoloji dəstəyin həyata keçirilməsində iştirak;
- Kapital bazarının iştirakçıları üzrə requlyativ çərçivəyə nəzərdə tutulan əlavə və dəyişikliklərinə kapital bazarı sektorunun mövqeyini qiymətləndirilməsində iştirak, lisenziyalaşdırılan şəxslər ilə kommunikasiyanın həyata keçirilməsində iştirak;
- Kapital bazarına dair maliyyə savadlılığının artırılması üzrə tədbirlərdə iştirak;
- Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, araşdırmaların aparılması və təkliflərin hazırlanmasında iştirak edir;
Texniki kompetensiyalar:
- Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında qanun
- Qiymətli kağızlar bazarı haqqında qanun
- Mülki Məcəllənin 4-cü və 54-cü fəsilləri
- Qiymətli kağızlar bazarının tənzimlənməsi üzrə normativ baza
- İnvestisiya fondları haqqında qanun
- Ümumi iqtisadiyyat
- Kapital bazarı sahəsində biliklər
- Maliyyə sistemi, maliyyə bazarları və alətləri
- Maliyyə hesabatlılığı
- Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Qanun
Təcrübə:
- Maliyyə sektorunda, investisiya sahəsində və ya iqtisadi sektorda 1 illik iş təcrübəsi.
Təhsil:
- Ali təhsil (iqtisadi/maliyyə);
Davranış kompetensiyaları:
- Təşəbbüskarlıq, təkmilləşməyə meyllilik, məsuliyyətlilik, stressə davamlılıq
- Ünsiyyətqurma və komandada işləmə
- Vaxtın idarə edilməsi
Dil bacarığı:
- Səlis azərbaycan, yaxşı səviyyədə ingilis dili bacarığı arzuolunandır;
Kompüter bacarıqları:
- MS Office proqramları (xüsusilə MS Excel);
Sertifikatlar:
- CFA, ACCA, və ya Kapital bazarı sahəsində digər peşəkar sertifikatlar arzuolunandır.