Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankı
  • 605

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Banklar

Aparıcı analitik

  • Deadline 5 Mart 2025

Struktur bölmənin adı

  • Sığorta fəaliyyətinin tənzimlənməsi departamenti \ Sığortaçılara prudensial nəzarətin metodologiyası şöbəsi

Vəzifənin funksiyaları:

  • Sığortaçıların risk profilinin qiymətləndirilməsi üzrə metodoloji çərçivənin ümumi əsaslarının, eləcə də sığorta, bazar, kredit, likvidlik, əməliyyat, komplayens və digər risklərinin, korporativ idarəetmə, daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin, o cümlədən ayrı-ayrı risk siyasətlərinin, risklərin idarə olunması üzrə nəzarət mexanizmlərinin qiymətləndirilməsi üzrə metodoloji alət və prosedurların formalaşdırılmasını həyata keçirir;
  • Sığortaçıların biznes modeli, biznes strategiyası və onların həyata keçirilməsi üçün tətbiq etdikləri idarəetmə sisteminin təhlilinin metodoloji alətlərinin inkişaf etdirilməsində iştirak edir;
  • Sığortaçıların əsas fəaliyyətlərinin müəyyən edilməsi və təhlilinin aparılması, habelə əsas fəaliyyətlərdən irəli gələn sığortaçının maliyyə dayanıqlığı üzrə məruz qaldığı risklərin aşkar edilməsi üçün metodoloji əsasların işlənməsi və daimi təkmilləşdirilməsində iştirak edir;
  • Sığortaçıların risk profilinin qiymətləndirilməsinin metodoloji əsaslarının işlənməsi və daimi təkmilləşdirilməsini həyata keçirir;
  • Sığorta bazarını tənzimləyən qanunvericilik aktlarının hazırlanmasında iştirak edir;
  • Sığorta bazarı üzrə peşəkar fəaliyyətin tənzimlənməsi və nəzarətinə dair normativ-metodoloji bazanın formalaşdırılması və mövcud bazanın təkmilləşdirilməsi üzrə normayaratma fəaliyyətini həyata keçirir;
  • Sığorta fəaliyyətinə prudensial nəzarəti həyata keçirən struktur bölmələrinə metodoloji tövsiyələr verilməsində iştirak edir, müvafiq nəzarət alət və prosedurlarının daimi təkmilləşdirilməsi üçün müzakirələr aparır;

Texniki kompetensiyalar

  • Ümumi iqtisadiyyat və sığorta işi (yüksək səviyyədə)
  • Maliyyə üzrə biliklər (yüksək səviyyədə) 
  • Maliyyə riyaziyyatı (yüksək səviyyədə) 
  • Maliyyə vəziyyətinin analizi (yaxşı səviyyədə) 
  • Anderraytinq prosesləri (yaxşı səviyyədə) 
  • Sığorta sektoru üzrə ümumi biliklər (yaxşı səviyyədə) 

Təcrübə

  • Bank və ya sığorta sahəsində 3 illik fəaliyyət 

Təhsil

  • Ali təhsil (iqtisadi/maliyyə);

Dil bacarığı

  • Azərbaycan dili (yüksək səviyyədə), İngilis dil (yaxşı səviyyədə)

Kompüter bacarıqları

  • MS Office proqramları (yaxşı səviyyədə)
  • Daily15
  • Weekly645
  • Monthly1895