Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankı
  • 325

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Banklar

Aparıcı iqtisadçı (Maliyyə sabitliyinin təhlili üzrə)/ Maliyyə sabitliyi departamenti, Maliyyə sabitliyinin təhlili şöbəsi

Aparıcı iqtisadçı (Maliyyə sabitliyinin təhlili üzrə)/ Maliyyə sabitliyi departamenti, Maliyyə sabitliyinin təhlili şöbəsi

  • Deadline 6 Mart 2026

Vəzifənin funksiyaları:

  • Maliyyə sabitliyinə və maliyyə institutlarının dayanıqlığına təhdid yaradan risklərin identifikasiyası, onların təhlili, qiymətləndirilməsi, monitorinqinin təşkili və neytrallaşdırılması ilə bağlı təkliflərin hazırlanmasında iştirak;
  • Sistem böhranları üzrə ilkin xəbərdarlıq göstəricilərinin müəyyən edilməsi və sistem risklərinin təhlili çərçivəsinin formalaşdırılmasında iştirak;
  • Makroprudensial alətlərin tətbiqi ilə bağlı qiymətləndirmələr aparılması və makroprudensial siyasətin formalaşdırılmasında iştirak;
  • Sistem əhəmiyyətli maliyyə institutlarının siyahısının müəyyən edilməsində iştirak;
  • Maliyyə institutları üzrə şəbəkə əlaqələri, konsentrasiya, müştərək və yoluxma risklərinin müəyyənləşdirilməsi və təhlili;
  • Maliyyə institutları üzrə tənzimləmə çərçivəsinin təkmilləşdirilməsinə dair aidiyyəti departamentlərə təkliflər formalaşdırılması;
  • Pul siyasəti və Maliyyə Sabitliyi Komitəsi üzrə materialların hazırlanmasında iştirak

Texniki biliklər:

  • Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında qanun – yüksək səviyyədə
  • Ümumi iqtisadiyyat və bankçılıq – yüksək səviyyədə
  • Maliyyə – yüksək səviyyədə
  • Makroiqtisdiyyat – yüksək səviyyədə
  • Maliyyə sabitliyi – yüksək səviyyədə
  • Maliyyə sistemi, maliyyə bazarları və alətləri – yüksək səviyyədə

Tələblər:

  • Təcrübə: Mərkəzi Bankda, maliyyə sektorunda, investisiya sahəsində və ya iqtisadi sektorda 3 illik iş təcrübəsi.
  • Təhsil: Ali təhsil (iqtisadiyyat/maliyyə/ bank-sığorta işi/biznesin idarəedilməsi);
  • Dil bacarığı: Səlis azərbaycan, yüksək səviyyədə ingilis dili bacarığı;
  • Kompüter bacarıqları: MS Office proqramları (xüsusilə MS Excel); 
  • Sertifikatlar: CFA, FRM və ya analoji sahədə digər  peşəkar sertifikatlar arzuolunandır.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly0
  • Monthly1889