Struktur bölmənin adı
- Ödəniş sistemləri və məhsulların inkişafı departamenti \ Ödəniş məhsullarının planlaması və koordinasiyası şöbəsi
Vəzifənin funksiyaları:
- Departamentdaxili struktur vahidləri arasında məlumat mübadiləsinin səmərəli təşkil olunmasını, iş axınlarının koordinasiyasını təmin edir və hər bir mərhələdə nəticələrini izləyir;
- Xarici tərəfdaşlarla (banklar, ödəniş təşkilatları, təchizatçılar və s.) mütəmadi görüşlər təşkil edir, ortaq layihələrin icrasını izləyir və nəticələri barədə hesabat hazırlayır;
- Beynəlxalq və yerli təşkilatlarla ödəniş sistemlərinin inkişafı üzrə əməkdaşlıq imkanlarının genişləndirilməsini və qarşılıqlı layihələrin koordinasiyasını təmin edir;
- Məhsulun inkişaf prosesini izləyir, hər hansı bir gecikmənin və ya qarşıya çıxan problemlərin qarşısını alır;;
- Məhsulun inkişafında komandalar arasında daim məlumat axınını təmin edir, yuxarıdakı idarəetmə səviyyəsi ilə aşağıdakı komanda üzvləri arasında əlaqələndirməni təmin edir;
- Departamentin gördüyü və növbəti dövr üzrə planladığı işlər barədə dövri hesabatlar hazırlayır və aidiyyəti üzrə təqdim edir.
Texniki kompetensiyalar
- Aidiyyəti sahə üzrə qanunvericilik bilgiləri (orta səviyyədə)
- Layihələri idarəetmə bacarığı (orta səviyyədə)
- İT sahəsində texnoloji və idarəetmə standartlar üzrə biliklər (orta səviyyədə)
- Təqdimat və yazı bacarıqları (orta səviyyədə)
Təcrübə
- Müvafiq sahədə iş təcrübəsi (2 il)
Təhsil
- İT, idarəetmə, iqtisadiyyat, biznes, komputer texnologiyaları yönümlü ixtisaslar üzrə ali təhsil
Dil bacarığı
- Yüksək səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə İngilis dili və orta səviyyədə Rus dili
Kompüter bacarıqları
- MS Office proqramları (Yüksək səviyyədə)
- Biznes proses analizi və modelləşdirmə alətləri (Yaxşı səviyyədə)
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.