Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankı
  • 973

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Банки

Aparıcı mütəxəssis

  • Истекает 16 февраль 2026

Struktur bölmənin adı

  • İnformasiya və kibertəhlükəsizlik departamenti / İnformasiya və kibertəhlükəsizlik siyasəti və nəzarəti şöbəsi (GRC)

Vəzifənin funksiyaları:

  • İnformasiya sistemləri, məlumatlar və şəbəkələr üzrə potensial təhlükə və zəifliklərin müəyyən edilməsi məqsədilə sistemli və risk əsaslı qiymətləndirmələri aparmaq;
  • Mərkəzi Bankın nəzarət subyektlərində informasiya təhlükəsizliyinin təmin edilməsinə dair minimum tələbləri müvafiq struktur bölmələrlə birgə təkmilləşdirmək;
  • Mərkəzi Bankın nəzarət subyektlərində informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində hüquqi aktların tələblərinə uyğun yoxlamaları həyata keçirmək;
  • Nəzarət subyektlərində həyata keçirilmiş yoxlamaların hesabatını hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Təhlükəsizlik siyasətləri, prosesləri və texnologiyalarının effektivliyini qiymətləndirmək;
  • Yoxlama nəticəsində müəyyən edilmiş çatışmazlıqların izlənməsi və statusunun davamlı monitorinqini həyata keçirmək;
  • Yoxlamaları risk əsaslı planlaşdırılmaq və prioritetləşdirilmək;
  • İnformasiya sistemləri ilə bağlı risklərin müəyyən edilməsi, qiymətləndirilməsi, idarə edilməsi və aradan qaldırılması üzrə nəzarət etmək;
  • İnformasiya təhlükəsizliyinin təmin edilməsi üçün nəzarət mexanizmlərinin qurulmasını təmin etmək;
  • Yeni və mövcud üçüncü tərəf təchizatçıları üzrə risk qiymətləndirmələrini həyata keçirmək;
  • Maliyyə bazarlarında kibertəhlükəsizlik Strategiyasının icrasını təmin etmək, müvafiq fəaliyyət planlarını tətbiq etmək, strateji hədəflərin reallaşdırılmasını izləmək və GRC çərçivəsində davamlı inkişafı dəstəkləmək;
  • Risklərin azaldılması üçün strategiyalar və tədbirlər planı hazırlamaq;
  • Mərkəzi Bankda informasiya təhlükəsizliyi tədbirlərinin qabaqcıl təcrübəyə və beynəlxalq standartlara uyğunlaşdırılması üzrə daxili reqlament sənədlərini hazırlamaq və təkmilləşdirilməsi işini təşkil etmək;
  • Maliyyə bazarlarında kibertəhlükəsizlik üzrə yetkinlik səviyyəsinin yüksəldilməsi məqsədilə müvafiq tədbirləri həyata keçirmək.
  • Nəzarət subyektlərində risklərin identifikasiyası, qiymətləndirilməsi və prioritetləşdirilməsi proseslərinin təhlilini həyata keçirmək.
  • Nəzarət subyektlərindən daxil olan müxtəlif nəzarət, sınaq və qiymətləndirmə xarakterli hesabatların təhlili aparmaq və nəticələrin monitorinqini həyata keçirmək.

Texniki kompetensiyalar

  • İTİS üzrə audit təcrübəsi;
  • Risk qiymətləndirmə metodologiyaları üzrə biliklər;
  • ISO 27001, NIST və PCI DSS təhlükəsizlik çərçivələri və standartları haqqında biliklər;
  • IT infrastruktur, əməliyyat sistemləri və şəbəkə üzrə anlayış;
  • İnformasiya təhlükəsizliyi prinsipləri və beynəlxalq təcrübələr haqqında anlayış;
  • Siyasət və prosedurların hazırlanması və icrasını dəstəkləmə bacarığı;
  • Üçüncü tərəf risklərinin idarə edilməsi barədə ilkin anlayış;
  • İnformasiya təhlükəsizliyi üzrə uyğunluq yoxlanışlarında texniki istiqamətdə bilik və təcrübə;
  • Kibertəhlükəsizlik həlləri (DLP, PAM, MDM, SIEM, EDR, Network Security və s.) ilə bağlı biliklər;
  • Dəyişikliklərin idarə olunması, təhlükəsizlik testləri və qiymətləndirmələri (vulnerability assessment, penetration testing) üzrə nəticələrin təhlili bacarığı.

Təcrübə

  • İnformasiya təhlükəsizliyi, GRC və ya İT Audit sahəsində ən azı 2 il iş təcrübəsi tələb olunur.

Təhsil

  • Ali təhsil tələb olunur.

Dil bacarığı

  • Azərbaycan dili (yüksək), İngilis dili (yaxşı) tələb olunur.

Kompüter bacarıqları

  • MS Office proqramları (xüsusilə MS Excel) üzrə biliklər tələb olunur.

Sertifikatlar

  • ISO/IEC 27001 Foundation/Lead Auditor, COBIT 2019 Foundation, CompTIA Security+, CISA, CISM, CRISC və ya digər sertifikatlar arzuolunandır.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly533
  • Monthly540