Struktur bölmənin adı
- İnformasiya və kibertəhlükəsizlik departamenti / İnformasiya və kibertəhlükəsizlik siyasəti və nəzarəti şöbəsi (GRC)
Vəzifənin funksiyaları:
- İnformasiya sistemləri, məlumatlar və şəbəkələr üzrə potensial təhlükə və zəifliklərin müəyyən edilməsi məqsədilə sistemli və risk əsaslı qiymətləndirmələri aparmaq;
- Mərkəzi Bankın nəzarət subyektlərində informasiya təhlükəsizliyinin təmin edilməsinə dair minimum tələbləri müvafiq struktur bölmələrlə birgə təkmilləşdirmək;
- Mərkəzi Bankın nəzarət subyektlərində informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində hüquqi aktların tələblərinə uyğun yoxlamaları həyata keçirmək;
- Nəzarət subyektlərində həyata keçirilmiş yoxlamaların hesabatını hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Təhlükəsizlik siyasətləri, prosesləri və texnologiyalarının effektivliyini qiymətləndirmək;
- Yoxlama nəticəsində müəyyən edilmiş çatışmazlıqların izlənməsi və statusunun davamlı monitorinqini həyata keçirmək;
- Yoxlamaları risk əsaslı planlaşdırılmaq və prioritetləşdirilmək;
- İnformasiya sistemləri ilə bağlı risklərin müəyyən edilməsi, qiymətləndirilməsi, idarə edilməsi və aradan qaldırılması üzrə nəzarət etmək;
- İnformasiya təhlükəsizliyinin təmin edilməsi üçün nəzarət mexanizmlərinin qurulmasını təmin etmək;
- Yeni və mövcud üçüncü tərəf təchizatçıları üzrə risk qiymətləndirmələrini həyata keçirmək;
- Maliyyə bazarlarında kibertəhlükəsizlik Strategiyasının icrasını təmin etmək, müvafiq fəaliyyət planlarını tətbiq etmək, strateji hədəflərin reallaşdırılmasını izləmək və GRC çərçivəsində davamlı inkişafı dəstəkləmək;
- Risklərin azaldılması üçün strategiyalar və tədbirlər planı hazırlamaq;
- Mərkəzi Bankda informasiya təhlükəsizliyi tədbirlərinin qabaqcıl təcrübəyə və beynəlxalq standartlara uyğunlaşdırılması üzrə daxili reqlament sənədlərini hazırlamaq və təkmilləşdirilməsi işini təşkil etmək;
- Maliyyə bazarlarında kibertəhlükəsizlik üzrə yetkinlik səviyyəsinin yüksəldilməsi məqsədilə müvafiq tədbirləri həyata keçirmək.
- Nəzarət subyektlərində risklərin identifikasiyası, qiymətləndirilməsi və prioritetləşdirilməsi proseslərinin təhlilini həyata keçirmək.
- Nəzarət subyektlərindən daxil olan müxtəlif nəzarət, sınaq və qiymətləndirmə xarakterli hesabatların təhlili aparmaq və nəticələrin monitorinqini həyata keçirmək.
Texniki kompetensiyalar
- İTİS üzrə audit təcrübəsi;
- Risk qiymətləndirmə metodologiyaları üzrə biliklər;
- ISO 27001, NIST və PCI DSS təhlükəsizlik çərçivələri və standartları haqqında biliklər;
- IT infrastruktur, əməliyyat sistemləri və şəbəkə üzrə anlayış;
- İnformasiya təhlükəsizliyi prinsipləri və beynəlxalq təcrübələr haqqında anlayış;
- Siyasət və prosedurların hazırlanması və icrasını dəstəkləmə bacarığı;
- Üçüncü tərəf risklərinin idarə edilməsi barədə ilkin anlayış;
- İnformasiya təhlükəsizliyi üzrə uyğunluq yoxlanışlarında texniki istiqamətdə bilik və təcrübə;
- Kibertəhlükəsizlik həlləri (DLP, PAM, MDM, SIEM, EDR, Network Security və s.) ilə bağlı biliklər;
- Dəyişikliklərin idarə olunması, təhlükəsizlik testləri və qiymətləndirmələri (vulnerability assessment, penetration testing) üzrə nəticələrin təhlili bacarığı.
Təcrübə
- İnformasiya təhlükəsizliyi, GRC və ya İT Audit sahəsində ən azı 2 il iş təcrübəsi tələb olunur.
Təhsil
- Ali təhsil tələb olunur.
Dil bacarığı
- Azərbaycan dili (yüksək), İngilis dili (yaxşı) tələb olunur.
Kompüter bacarıqları
- MS Office proqramları (xüsusilə MS Excel) üzrə biliklər tələb olunur.
Sertifikatlar
- ISO/IEC 27001 Foundation/Lead Auditor, COBIT 2019 Foundation, CompTIA Security+, CISA, CISM, CRISC və ya digər sertifikatlar arzuolunandır.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.