Struktur bölmənin adı
- Maliyyə texnologiyaları və innovasiyalar departamenti / Maliyyə texnologiyalarının təhlili və inkişafı şöbəsi
Vəzifənin funksiyaları:
- Departamentin və şöbənin strateji hədəflərinə və əməliyyat planına uyğun olaraq məhsul və layihələr üzrə müəyyən edilmiş nəticələrin və əsas fəaliyyət göstəricilərinin yerinə yetirilməsində iştirak edir.
- Maliyyə texnologiyaları, rəqəmsal transformasiya və innovativ məhsullar üzrə yerli və beynəlxalq bazar araşdırmaları aparır, istifadəçi ehtiyaclarını və texnoloji həlləri təhlil edərək müvafiq təkliflər hazırlayır.
- Məhsulun vizyonunu, məqsədlərini, əhatə dairəsini və gözlənilən nəticələrini formalaşdırır, aidiyyəti maraqlı tərəflərlə razılaşdırır.
- Məhsulun yol xəritəsini və backlog-unu hazırlayır, tələbləri biznes dəyəri, istifadəçi ehtiyacı, risk və texniki asılılıqlar nəzərə alınmaqla prioritetləşdirir.
- Biznes və funksional tələbləri, istifadəçi ssenarilərini və qəbul meyarlarını hazırlayır və aidiyyəti bölmələrlə razılaşdırır.
- İstifadəçi və maraqlı tərəflərin ehtiyaclarını müəyyən etmək məqsədilə məhsul kəşfiyyatı prosesini, müsahibələri, sorğuları və işçi görüşləri təşkil edir.
- Minimum işlək məhsulun (MVP-nin) əhatə dairəsini müəyyən edir, prototiplərin və pilot həllərin hazırlanması və sınaqdan keçirilməsini əlaqələndirir.
- Maliyyə texnologiyaları və innovativ məhsulların ideyanın formalaşdırılmasından tətbiqə və davamlı təkmilləşdirilməsinə qədər məhsul həyat dövrünün idarə olunmasında iştirak edir.
- Məhsul və təşəbbüslər üzrə Mərkəzi Bankın struktur bölmələri, dövlət qurumları, maliyyə bazarı iştirakçıları, texnologiya şirkətləri və beynəlxalq təşkilatlarla əməkdaşlığı əlaqələndirir.
- Məhsul tələblərinin hüquqi, informasiya təhlükəsizliyi, data və texnoloji tələblərə uyğunluğunun aidiyyəti bölmələrlə birlikdə təmin edilməsində iştirak edir.
- Hazırlanmış funksionallıqların müəyyən edilmiş biznes tələblərinə və qəbul meyarlarına uyğunluğunu qiymətləndirir və məhsulun istifadəyə verilməsi prosesində iştirak edir.
- Məhsul üzrə uğur meyarlarını və əsas fəaliyyət göstəricilərini müəyyən edir, tətbiqdən sonrakı nəticələri və istifadəçi rəylərini təhlil edərək təkmilləşdirmə təklifləri hazırlayır.
- Məhsul və layihələr üzrə riskləri, məhdudiyyətləri, asılılıqları və qərar tələb edən məsələləri müəyyən edir və vaxtında eskalasiya olunmasını təmin edir.
- Məhsul və layihələr üzrə irəliləyiş, nəticələr, risklər və əsas fəaliyyət göstəricilərinə dair hesabat və təqdimatlar hazırlayır.
- Şöbənin fəaliyyət istiqamətləri çərçivəsində departament və şöbə rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.
Texniki kompetensiyalar
- Təqdimat və yazı bacarığı
- Aidiyyəti sahə üzrə qanunvericilik bilgiləri
- Layihələrin idarəetmə bacarığı
- İT sahəsində texnoloji və idarəetmə standartlar üzrə biliklər
- Tədqiqat aparma bacarığı
Təcrübə
- Müvafiq sahə üzrə 2 il iş təcrübəsi tələb olunur
Təhsil
- Ali təhsil (İT, Tətbiqi riyaziyyat, İdarəetmə, İqtisadiyyat) tələb olunur.
Dil bacarığı
- Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yüksək səviyyədə), Rus dili (arzu olunandır) tələb olunur.
Kompüter bacarıqları
- MS Office yüksək səviyyədə, MS Project orta səviyyədə, biznes proses analizi və modelləşdirmə alətləri
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.