Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankı
  • 1.2K

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Banklar

Aparıcı mütəxəssis

  • Deadline 5 Dekabr 2024

Struktur bölmənin adı

Maliyyə monitorinqi üzrə siyasət və tənzimlənmə departamenti, Sahəvi risklərin təhlili və informasiya dəstəyi şöbəsi

Son müraciət tarixi: 04.12.2024

Vəzifənin funksiyaları:

  • ƏL/TM/KMM sahəsində keçirilən konfranslarda, seminarlarda, forumlarda, treninqlərdə və digər tədbirlərdə iştirak edir.
  • Rəhbərliyin tapşırığına uyğun olaraq Departamentin fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirir;
  • Departamentin fəaliyyət istiqamətləri üzrə Mərkəzi Bankın aldığı texniki yardım layihələrində iştirak edir;
  • Səlahiyyətlərinə aid məsələlərlə bağlı departamentə daxil olan müraciətlərə baxır, zəruri hallarda müraciətdə qeyd olunan məsələlərlə bağlı araşdırmaları aparır, sorğu və məktublara cavablar hazırlayır;
  • Departamentin vəzifələrinin icrası ilə əlaqədar səlahiyyətləri daxilində Mərkəzi Bankın struktur bölmələrinə sorğu verir və onlardan məlumatları (sənədləri) alır, zəruri məlumatların (sənədlərin) əldə edilməsi məqsədilə dövlət orqanlarına (qurumlarına) və maliyyə institutlarına sorğuları hazırlayır;
  • Risk əsaslı nəzarətin tətbiqi üçün müvafiq informasiya və hesabatlıq sistemini formalaşdırır və əməliyyat inzibatçılığını həyata keçirir, habelə ƏL/TM/KMM üzrə nəzarət informasiya sistemləri (SupTech) alətlərinin tətbiqini təmin edir;
  • ƏL/TM/KMM sahələri üzrə analitik hesabatları və materialları hazırlayır, onları Mərkəzi Bankın rəhbərliyinə və aidiyyəti struktur bölmələrinə təqdim edir;
  • Maliyyə institutlarına münasibətdə ƏL/TM/KM risklərini qiymətləndirir, bu məqsədlə maliyyə institutlarına məxsus və digər mənbəyi məlum olan məlumatları toplayır, emal edir, təhlil edir, müvafiq hesabatları hazırlayır, eləcə də ƏL/TM/KM risklərinin azalmasına istiqamətlənən müvafiq tədbirlərin həyata keçirilməsinə dair təkliflər verir;

Texniki kompetensiyalar

  • Təqdimat və yazı bacarıqları
  • Risklərin qiymətləndirilməsi üzrə biliklər
  • Maliyyə sahəsində (bank, sığorta, qiymətli kağızlar, BOKT, valyuta mübadiləsi və s.) qanunvericilik bilikləri
  • ƏL/TM/KMM sahəsində qanunvericilik bilikləri

Təcrübə

  • ƏL/TMM, komplayens, audit, risklərin qiymətləndirilməsi, nəzarət, hüquq və ya analitik sahəsində 2 illik təcrübə 

Təhsil

  • Ali təhsil (iqtisadi/maliyyə/hüquq/bank/sığorta/kapital bazarı/informasiya texnologiyaları)

Davranış kompetensiyaları

  • Detallara diqqət yetirmək
  • Dürüstlük, obyektivlik
  • İdarəetmə (təşkiletmə, prioritetləşdirmə, tapşırıqların bölgüsü, resursların ayırması)
  • İnnovativlik və kreativlik
  • Komandada işləmə
  • Qərar qəbuletmə
  • Sahə üzrə müasir trendləri mütəmadi izləmə
  • Tənqidi düşünmə, araşdırma və təhlil etmə
  • Təşəbbüskarlıq
  • Ünsiyyətqurma

Dil bacarığı

  • Səlis azərbaycan, yaxşı səviyyədə ingilis dili bacarığı arzuolunandır

Kompüter bacarıqları

  • MS Office proqramları (xüsusilə MS Excel), İri həcmli məlumatların təhlili üzrə proqram təminatı (SQL, Python, və s.) ilə işləmə bacarığı arzuolunandır

Sertifikatlar

  • ƏL/TMM, komplayens, audit, risklərin qiymətləndirilməsi, nəzarət, hüquq və ya analitik sahələrdə peşəkar sertifikatları olan namizədlərə üstünlük verilir 
  • Daily0
  • Weekly253
  • Monthly1930