Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankı
  • 427

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Banklar

Aparıcı mütəxəssis (fotoqraf/videoqraf)

  • Deadline 17 Aprel 2025

Vəzifənin funksiyaları:

  • Müxtəlif növ foto və video məzmunların çəkilişlərini həyata keçirmək;
  • Veb-saytda, sosial media platformalarında (Facebook, Instagram, LinkedIn, və s.) istifadə üçün və digər təyinatı üzrə qısa videoların və fotoların çəkilişini həyata keçirmək və redaktəsini etmək;
  • Mərkəzi Bankda və Bankdan kənarda keçirilən tədbirlər və görüşlərdə foto və videoçəkilişləri həyata keçirmək;
  • Videoçəkiliş üçün lazım olan avadanlıqların (kamera, işıqlandırma, mikrofon və digər texniki avadanlıqlar) təyinatı üzrə effektiv istifadəsini təmin etmək;
  • Foto və video layihələri üçün yaradıcı ideyaları təklif etmək və həyata keçirmək;
  • Komanda və əlaqəli struktur əməkdaşları ilə anlayışlı və effektiv qarşılıqlı əlaqə quraraq çəkiliş ehtiyaclarını qarşılamaq;
  • Vaxt idarəçiliyini səmərəli təşkil etməklə, son tarixlərə riayət etmək;
  • Redaktələrə və tələblərdəki dəyişikliklərə sürətlə uyğunlaşmağı bacarmaq;
  • Yekun foto və videoçəkiliş materiallarının yüksək səviyyədə təhvilinə önəm vermək, düzəlişləri vaxtında yerinə yetirmək;
  • Komanda işində təşəbbüskarlıq nümayiş etdirmək.

Kompetensiyalar

Davranış kompetensiyaları

  • İnnovativlik və kreativlik
  • Komandada işləmə
  • Məsuliyyətlilik
  • Stressə davamlılıq
  • Tədqiqat aparma
  • Təkmilləşməyə meyllilik
  • Təşəbbüskarlıq
  • Ünsiyyətqurma
  • Vaxtın idarəedilməsi

Texniki kompetensiyalar

  • Layihələrin idarə olunması

Liderlik kompetensiyaları

  • Dəyişikliklərin idarəedilməsi

Təcrübə

  • Müvafiq sahədə 3 il

Təhsil

  • Ali təhsil (Müvafiq sahədə)

Dil bacarığı

  • Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (Arzuolunandır), Rus dili (Arzuolunandır)

Kompüter bacarıqları

  • MS Office proqramları (Yüksək səviyyədə)

Əlavə tələblər

  • Yaradıcı düşüncə və vizual estetikaya malik olmalı
  • Öncəki işlərdən ibarət nümunələr (portfolio) link vasitəsilə təqdim olunmalı
  • Müxtəlif foto və videoçəkiliş avadanlıqlarından istifadə bacarığı zəruridir
  • Foto və video çəkilişində və montajında minimum 3 il iş təcrübəsi olmalı
  • Fərqli mühitlərdə və dəyişən layihələrdə işləməyə hazır olmalı
  • Çətin situasiyalarda həll yolları təqdim etməyi bacarmalı
  • Adobe Premiere və Adobe After Effects kimi proqramlarda işləmək bacarığı zəruridir
  • Daily3
  • Weekly3
  • Monthly1778