Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankı
  • 819

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Banklar

Aparıcı mütəxssis

  • Deadline 10 İyun 2025

Struktur bölmənin adı

  • Data departamenti \ Data idarəedilməsi şöbəsi

Vəzifənin funksiyaları:

  • Məlumatların idarə olunması üzrə strateji planların hazırlanmasında və tətbiq edilməsində iştirak edir;
  • Məlumatların düzgünlüyünün, tamlığının və etibarlılığının qorunması üçün keyfiyyət standartları tətbiq edir;
  • Məlumatların təhlükəsizliyinin və məxfiliyinin qorunması üçün müvafiq siyasətlərin və prosedurların tətbiqində iştirak edir;
  • Məlumatların təsnifləşdirilməsini sistemsal olaraq tətbiq edir;
  • Aidiyyəti struktur bölmələrlə birlikdə məlumatların saxlanması, arxivləşdirilməsi və bərpası üzrə qayda və prosedurların hazırlamasında iştirak edir;
  • Aidiyyəti struktur bölmələrlə birlikdə məlumatların istifadəsi və paylaşımı ilə bağlı prosedurların hazırlaması və tətbiqində iştirak edir;
  • Məlumat idarəetmə proseslərinin qanunvericiliyə və müvafiq standartlara uyğunluğunu təmin edir;
  • Müvafiq struktur bölmələrlə birlikdə Mərkəzi Bank əməkdaşlarına məlumatların idarəedilməsi mövzusunda təlimlər keçir;
  • Verilənlər bazasının ehtiyat nüsxələrinin yaradılması və bərpası proseslərini hazırlayır;
  • Məlumatların toplanılması üçün texniki tələbləri, xidmət səviyyəsi müqavilələlərini, siyasətləri və prosedurları təyin edir və inkişaf etdirir;
  • Data kataloqlarının yaradılmasını və idarə edilməsini təmin edir;
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə hesabatlar hazırlayır və rəhbərliyə təqdim edir;
  • Rəhbərliyin tapşırıqlarına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirir.

Texniki kompetensiyalar

  • Layihələrin idarə edilməsi üzrə bilklər və təcrübə (yüksək səviyyədə) 
  • İnsidentlərin texniki izahı (yüksək səviyyədə) 
  • Təqdimat bacarığı ( orta səviyyədə)
  • Texniki sənədlərin hazırlanması (yüksək səviyyədə) 
  • Proseslərin avtomatlaşdırılması (yüksək səviyyədə)
  •  Logların araşdırılması (yüksək səviyyədə)
  • Monitorinq bacarığı (yüksək səviyyədə) 

Təcrübə

  • Müvafiq sahədə 3 il

Təhsil

  • Ali təhsil (Data, Maliyyə, İnformasiya Texnologiyaları)

Dil bacarığı

  • Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yaxşı səviyyədə), Rus dili (arzu olunandır)

Kompüter bacarıqları

  • MS Office, SQL, Data idarəetmə alətləri üzrə təcrübə (yüksək səviyyədə) 

Sertifikatlar

  • CDMP sertifikasiyası arzuolunandır 

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily71
  • Weekly71
  • Monthly75