Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankı
  • 1.2K

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Banks

Bölmə rəhbəri

  • Истекает 4 август 2025

Struktur bölmənin adı Maliyyə sektorunun dayanıqlı inkişafı departamenti, Maliyyə inklüzivliyi bölməsi 

Hesabatlı olduğu vəzifə Departament direktoru

Vəzifənin funksiyaları:

  • Maliyyə inklüzivliyi bölməsinin işinin təşkil edilməsi, bölmə qarşısında qoyulan vəzifələrin icrasının təmin edilməsi;
  • Azərbaycanda maliyyə inklüzivliyinin cari vəziyyətinin təhlilinin aparılması, boşluqların və problemlərin müəyyən edilməsi; 
  • Bank xidmətlərinə çıxış və maliyyə məhsullarından istifadə və maliyyə xidmətlərinin keyfiyyəti kimi maliyyə inklüzivliyi göstəriciləri üzrə məlumatların toplanması və təhlil edilməsi;
  • Maliyyə xidmətlərindən kənarda qalan və ya az istifadə edən əhalinin ehtiyac və prioritetlərini öyrənmək məqsədilə məlumat analitikasından və tədqiqat metodologiyalarından istifadə edilməsi;
  • Maliyyə inklüzivliyinin artırılması üzrə siyasət qərarlarının hazırlanması məqsədilə qlobal tendensiyaların izlənməsi və maliyyə inklüzivliyi üzrə qabaqcıl təcrübələrin öyrənilməsi;
  • Milli strategiyalarda və fəaliyyət planlarında nəzərdə tutulmuş maliyyə inklüzivliyi təşəbbüslərinin icrası;
  • Maliyyə inklüzivliyi təşəbbüslərinin icra vəziyyətinin və təsirinin monitorinqinin aparılması;
  • Maliyyə xidmətlərindən kənarda qalan əhali və sahibkarlıq subyektlərinin ehtiyaclarına cavab verən maliyyə məhsul və xidmətlərin hazırlanması və implementasiyası istiqamətində maliyyə institutları birgə işlərin aparılması;
  • Daxili və xarici maraqlı tərəflər üçün maliyyə inklüzivliyi fəaliyyətləri, nəticələr və problemlər haqqında müntəzəm hesabatlar və təqdimatların hazırlanması;
  • Maliyyə inklüzivliyi təşəbbüslərinin koordinasiyası məqsədilə Mərkəzi Bankın digər departamentləri və xarici maraqlı tərəflərin fəaliyyətlərinin əlaqələndirilməsi;

Texniki biliklər

  • Maliyyə bazarları, institutları və alətləri – yüksək səviyyədə
  • Bankçılıq – yüksək səviyyədə
  • Maliyyə sektoru üzrə qanunvericilik – yüksək səviyyədə
  • Maliyyə hesabatlığı– orta səviyyədə
  • Makroiqtisadiyyat – orta səviyyədə
  • Statistika və ekonometrika – orta səviyyədə

Davranış kompetensiyaları

  • Analitik təhlil etmə
  • Ünsiyyət qurma
  • İnnovativlik və kreativlik
  • Vaxtın idarəedilməsi

Təcrübə

  • Maliyyə sektorunda və ya iqtisadi sektorda müvafiq istiqamət üzrə minimum 4 illik iş təcrübəsi.

Təhsil

  • Müvafiq sahədə ali təhsil (Maliyyə,İqtisadiyyat və Biznesin idarə edilməsi)

Dil bacarığı

  • Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (əla səviyyədə

Kompüter bacarıqları

  • MS Office-Yaxşı səviyyədə

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily115
  • Weekly115
  • Monthly1868