Struktur bölmənin adı Maliyyə sektorunun dayanıqlı inkişafı departamenti, Maliyyə inklüzivliyi bölməsi
Hesabatlı olduğu vəzifə Departament direktoru
Vəzifənin funksiyaları:
- Maliyyə inklüzivliyi bölməsinin işinin təşkil edilməsi, bölmə qarşısında qoyulan vəzifələrin icrasının təmin edilməsi;
- Azərbaycanda maliyyə inklüzivliyinin cari vəziyyətinin təhlilinin aparılması, boşluqların və problemlərin müəyyən edilməsi;
- Bank xidmətlərinə çıxış və maliyyə məhsullarından istifadə və maliyyə xidmətlərinin keyfiyyəti kimi maliyyə inklüzivliyi göstəriciləri üzrə məlumatların toplanması və təhlil edilməsi;
- Maliyyə xidmətlərindən kənarda qalan və ya az istifadə edən əhalinin ehtiyac və prioritetlərini öyrənmək məqsədilə məlumat analitikasından və tədqiqat metodologiyalarından istifadə edilməsi;
- Maliyyə inklüzivliyinin artırılması üzrə siyasət qərarlarının hazırlanması məqsədilə qlobal tendensiyaların izlənməsi və maliyyə inklüzivliyi üzrə qabaqcıl təcrübələrin öyrənilməsi;
- Milli strategiyalarda və fəaliyyət planlarında nəzərdə tutulmuş maliyyə inklüzivliyi təşəbbüslərinin icrası;
- Maliyyə inklüzivliyi təşəbbüslərinin icra vəziyyətinin və təsirinin monitorinqinin aparılması;
- Maliyyə xidmətlərindən kənarda qalan əhali və sahibkarlıq subyektlərinin ehtiyaclarına cavab verən maliyyə məhsul və xidmətlərin hazırlanması və implementasiyası istiqamətində maliyyə institutları birgə işlərin aparılması;
- Daxili və xarici maraqlı tərəflər üçün maliyyə inklüzivliyi fəaliyyətləri, nəticələr və problemlər haqqında müntəzəm hesabatlar və təqdimatların hazırlanması;
- Maliyyə inklüzivliyi təşəbbüslərinin koordinasiyası məqsədilə Mərkəzi Bankın digər departamentləri və xarici maraqlı tərəflərin fəaliyyətlərinin əlaqələndirilməsi;
Texniki biliklər
- Maliyyə bazarları, institutları və alətləri – yüksək səviyyədə
- Bankçılıq – yüksək səviyyədə
- Maliyyə sektoru üzrə qanunvericilik – yüksək səviyyədə
- Maliyyə hesabatlığı– orta səviyyədə
- Makroiqtisadiyyat – orta səviyyədə
- Statistika və ekonometrika – orta səviyyədə
Davranış kompetensiyaları
- Analitik təhlil etmə
- Ünsiyyət qurma
- İnnovativlik və kreativlik
- Vaxtın idarəedilməsi
Təcrübə
- Maliyyə sektorunda və ya iqtisadi sektorda müvafiq istiqamət üzrə minimum 4 illik iş təcrübəsi.
Təhsil
- Müvafiq sahədə ali təhsil (Maliyyə,İqtisadiyyat və Biznesin idarə edilməsi)
Dil bacarığı
- Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (əla səviyyədə
Kompüter bacarıqları
- MS Office-Yaxşı səviyyədə
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.