Struktur bölmənin adı
- Maliyyə bazarlarının hüquqi təminatı departamenti\ Sığorta bazarlarının hüquqi təminatı şöbəsi
Son müraciət tarixi:
- 08.01.2025
Vəzifənin funksiyaları:
- Maliyyə bazarları üzrə qanunvericiliyin təkmilləşdirilməsində və müvafiq hüquqi aktların hazırlanmasında iştirak edir;
- Qanunvericilik, o cümlədən maliyyə bazarları qanunvericiliyi üzrə yenilikləri daimi əsasda izləyir və təhlil edir;
- Maliyyə bazarlarının müvafiq sahəsi üzrə beynəlxalq təcrübəni öyrənir, müqayisəli təhlil edir;
- Mərkəzi Banka daxil olan hüquqi aktların layihələrini təhlil edir;
- Aparılan təhlil nəticələri ilə bağlı zəruri arayışlar, təqdimatlar, rəy və təkliflər hazırlayır;
- Mərkəzi Bank tərəfindən qəbul edilən normativ xarakterli aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə müvafiq tədbirlər görür;
- Təsir (təshih), təqdimat, sanksiya tədbirlərinin və digər icrası məcburi göstərişlərin tətbiqinə hüquqi dəstək göstərir;
Texniki kompetensiyalar
- Təqdimat və yazı bacarıqları
- Mülki hüquq, sığorta qanunvericiliyi, maliyyə bazarlarının hüquqi tənzimlənməsi sahəsində ümumi biliklər
- Hüquqi araşdırma bacarığı
- Texnologiyalarla bağlı biliklər
- Hüquqi əsaslandırma bacarığı
Təcrübə
- Hüquqşünaslıq ixtisası üzrə ən azı 5 il iş təcrübəsi (azı 3 ili maliyyə bazarları sahələrində)
Təhsil
- Hüquqşünaslıq ixtisası üzrə ali təhsil (Magistr dərəcəsi arzuolunandır)
Davranış kompetensiyaları
- Təşəbbüskarlıq, təkmilləşməyə meyllilik, məsuliyyətlilik, stressə davamlılıq
- Təşkil etmə və nəzarət
- Ünsiyyətqurma və komandada işləmə
- Vaxtın idarə edilməsi
Dil bacarığı
- Səlis azərbaycan dili, yaxşı səviyyədə ingilis dili bacarığı (rus dili arzuolunandır)
Kompüter bacarıqları
- MS Office proqramları (yaxşı səviyyədə)