Hesabatlı olduğu vəzifə: Şöbə rəisi
Vəzifənin funksiyaları:
- Maliyyə bazarları üzrə qanunvericiliyin təkmilləşdirilməsində və müvafiq hüquqi aktların hazırlanmasında iştirak edir;
- Qanunvericilik, o cümlədən maliyyə bazarları qanunvericiliyi üzrə yenilikləri daimi əsasda izləyir və təhlil edir;
- Maliyyə bazarlarının müvafiq sahəsi üzrə beynəlxalq təcrübəni öyrənir, müqayisəli təhlil edir;
- Mərkəzi Banka daxil olan hüquqi aktların layihələrini təhlil edir;
- Rəhbərliyin tapşırıqları üzrə qanunvericiliyi təhlil edir;
- Aparılan təhlil nəticələri ilə bağlı zəruri arayışlar, təqdimatlar, rəy və təkliflər hazırlayır;
- Hüquqi məsələlərə dair Şöbəyə daxil olan müraciətlərə və sorğulara cavablar hazırlayır;
- Şöbənin əməliyyat planlarının və büdcəsinin hazırlanmasında iştirak edir, əməliyyat planından irəli gələn üzərinə düşən vəzifələri icra edir;
- Şöbənin hesabatlarının hazırlamasında iştirak edir;
- Mərkəzi Bank tərəfindən qəbul edilən normativ xarakterli aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə müvafiq tədbirlər görür;
- Təsir (təshih), təqdimat, sanksiya tədbirlərinin və digər icrası məcburi göstərişlərin tətbiqinə hüquqi dəstək göstərir.
Texniki kompetensiyalar:
- Təqdimat və yazı bacarığı – yüksək səviyyədə
- Mülki hüquq və maliyyə bazarlarının hüquqi tənzimlənməsi sahəsində ümumi biliklər – yüksək səviyyədə
- Hüquqi araşdırma və əsaslandırma bacarığı – yüksək səviyyədə
- Detallara diqqət yetirmək – yüksək səviyyədə
Davranış kompetensiyaları:
- Analitik təhlil etmə
- Ünsiyyət qurma
- İnnovativlik və kreativlik
- Vaxtın idarəedilməsi
Təcrübə:
- Hüquqşünaslıq ixtisası üzrə azı 4 il iş təcrübəsi (müvafiq təcrübənin azı 2 ilinin maliyyə bazarları sahələrində olması arzuolunandır)
Təhsil:
- Hüquqşünaslıq ixtisası üzrə ali təhsil (xaricdə ali təhsil arzuolunandır)
Dil bacarığı:
- Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yaxşı səviyyədə
Kompüter bacarıqları:
- MS Office-Yaxşı səviyyədə
Müraciət linki Müraciət Et düyməsində qeyd olunub.