Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankı
  • 286

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Банки

Böyük hüquq məsləhətçisi/ Maliyyə bazarlarının hüquqi təminatı departamenti/ Kapital bazarlarının hüquqi təminatı şöbəsi

Böyük hüquq məsləhətçisi/ Maliyyə bazarlarının hüquqi təminatı departamenti/ Kapital bazarlarının hüquqi təminatı şöbəsi

  • Истекает 24 февраль 2026

Hesabatlı olduğu vəzifə: Şöbə rəisi

Vəzifənin funksiyaları:

  • Maliyyə bazarları üzrə qanunvericiliyin təkmilləşdirilməsində və müvafiq hüquqi aktların hazırlanmasında iştirak edir;
  • Qanunvericilik, o cümlədən maliyyə bazarları qanunvericiliyi üzrə yenilikləri daimi əsasda izləyir və təhlil edir;
  • Maliyyə bazarlarının müvafiq sahəsi üzrə beynəlxalq təcrübəni öyrənir, müqayisəli təhlil edir;
  • Mərkəzi Banka daxil olan hüquqi aktların layihələrini təhlil edir;
  • Rəhbərliyin tapşırıqları üzrə qanunvericiliyi təhlil edir;
  • Aparılan təhlil nəticələri ilə bağlı zəruri arayışlar, təqdimatlar, rəy və təkliflər hazırlayır;
  • Hüquqi məsələlərə dair Şöbəyə daxil olan müraciətlərə və sorğulara cavablar hazırlayır;
  • Şöbənin əməliyyat planlarının və büdcəsinin hazırlanmasında iştirak edir, əməliyyat planından irəli gələn üzərinə düşən vəzifələri icra edir;
  • Şöbənin hesabatlarının hazırlamasında iştirak edir;
  • Mərkəzi Bank tərəfindən qəbul edilən normativ xarakterli aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə müvafiq tədbirlər görür;
  • Təsir (təshih), təqdimat, sanksiya tədbirlərinin və digər icrası məcburi göstərişlərin tətbiqinə hüquqi dəstək göstərir.

Texniki kompetensiyalar:

  • Təqdimat və yazı bacarığı – yüksək səviyyədə
  • Mülki hüquq və maliyyə bazarlarının hüquqi tənzimlənməsi sahəsində ümumi biliklər – yüksək səviyyədə
  • Hüquqi araşdırma və əsaslandırma bacarığı – yüksək səviyyədə 
  • Detallara diqqət yetirmək – yüksək səviyyədə

Davranış kompetensiyaları:

  • Analitik təhlil etmə
  • Ünsiyyət qurma
  • İnnovativlik və kreativlik
  • Vaxtın idarəedilməsi

Təcrübə:

  • Hüquqşünaslıq ixtisası üzrə azı 4 il iş təcrübəsi (müvafiq təcrübənin azı 2 ilinin maliyyə bazarları sahələrində olması arzuolunandır)

Təhsil:

  • Hüquqşünaslıq ixtisası üzrə ali təhsil (xaricdə ali təhsil arzuolunandır)

Dil bacarığı:

  • Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yaxşı səviyyədə

Kompüter bacarıqları:

  • MS Office-Yaxşı səviyyədə

Müraciət linki Müraciət Et düyməsində qeyd olunub.

  • Daily0
  • Weekly376
  • Monthly1063