Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankı
  • 285

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Banks

Böyük mühəndis-proqramçı

  • Истекает 17 август 2025

Struktur bölmənin adı

  • Data departamenti / Data mühəndisliyi şöbəsi

Vəzifənin funksiyaları:

  • Məlumat saxlama və emal üçün infrastrukturun qurulmasını və idarə olunmasında iştirak edir;
  • Məlumatların emalı və saxlanması üçün müvafiq texnoloji həllərin tətbiqini və optimallaşdırılmasını həyata keçirir;
  • Dövri və birdəfəlik hesabatları, analitik və süni intellekt əsaslı modelləri dəstəkləyəcək miqyaslana bilən məlumat platformasının tətbiqini, dəstəklənməsini və davamlı inkişaf etdirilməsində iştirak edir;
  • Məlumatların toplanması, ötürülməsi, emalı və saxlanması üçün müvafiq texniki alətlərdən istifadə edir;
  • Məlumat axınlarının avtomatlaşdırılmasını və monitorinqini həyata keçirir;
  • Verilənlər bazasında məlumatların təmizlənməsi, keyfiyyətinin artırılması və istifadəyə yararlı formata gətirilməsində iştirak edir ;
  • Müxtəlif mənbələrdən (daxili və xarici sistemlərdən) məlumatların inteqrasiyasını təmin edilməsi işində iştirak edir;
  • Məlumatların birləşdirilməsi üçün tətbiq proqramlaşdırma interfeysi (APİ) və digər inteqrasiya vasitələrinin inkişafı və idarə olunmasını təmin edir;
  • Məlumat bazalarının strukturlarının dizaynını və optimallaşdırılmasını həyata keçirir;
  • Məlumatların şifrələnməsi, icazələrin idarə olunması və audit mexanizmlərinin tətbiqini təmin edir;
  • Daxil olan və xaric olan məlumat axınının emalı (stream processing) və real vaxt analitikası (real-time analytics) texnologiyalarını tətbiq və idarə edir;
  • Məlumat axınlarının və sistemlərinin fasiləsiz işləməsini təmin etmək üçün monitorinq alətlərini tətbiq edir;
  • Məlumat infrastrukturunun davamlı işləməsi üçün texniki dəstək göstərir və problemləri operativ həll edir;
  • Məlumat anbarlarını (data warehouses) dizayn edir, qurur və idarə edir;
  • Rəhbərliyin tapşırıqlarına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirir.

Texniki kompetensiyalar

  • Database üzrə biliklər
  • Data Lakehouse üzrə biliklər
  • ETL/ELT Prosesslərin yazlması üzrə biliklər
  • Batch prosessing Spark bilikləri
  • Real-time prosessinq Kafka bilikləri
  • Python proqramlaşdırma dil bilikləri
  • SQL, PL/SQL bilikləri
  • Data orkestrasiya alətləri bilikləri

Təcrübə

  • Data mühəndisi kimi 4 illik iş təcrübəsi tələb olunur. 

Təhsil

  • Tətbiqi Riyaziyyat və Kibernetika / Kompüter Elmlər və s İT yönümlü ixtisaslar üzrə ali təhsil tələb olunur.

Dil bacarığı

  • Azərbaycan dili (yüksək), İngilis dili (yüksək)

Kompüter bacarıqları

  • MS Office proqramları (yüksək səviyyədə) 

Sertifikatlar

  • Beynəlxalq sertifikatlar arzu olunandır. 

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily115
  • Weekly344
  • Monthly2619