Struktur bölmənin adı
- Data departamenti / Data mühəndisliyi şöbəsi
Vəzifənin funksiyaları:
- Məlumat saxlama və emal üçün infrastrukturun qurulmasını və idarə olunmasında iştirak edir;
- Məlumatların emalı və saxlanması üçün müvafiq texnoloji həllərin tətbiqini və optimallaşdırılmasını həyata keçirir;
- Dövri və birdəfəlik hesabatları, analitik və süni intellekt əsaslı modelləri dəstəkləyəcək miqyaslana bilən məlumat platformasının tətbiqini, dəstəklənməsini və davamlı inkişaf etdirilməsində iştirak edir;
- Məlumatların toplanması, ötürülməsi, emalı və saxlanması üçün müvafiq texniki alətlərdən istifadə edir;
- Məlumat axınlarının avtomatlaşdırılmasını və monitorinqini həyata keçirir;
- Verilənlər bazasında məlumatların təmizlənməsi, keyfiyyətinin artırılması və istifadəyə yararlı formata gətirilməsində iştirak edir ;
- Müxtəlif mənbələrdən (daxili və xarici sistemlərdən) məlumatların inteqrasiyasını təmin edilməsi işində iştirak edir;
- Məlumatların birləşdirilməsi üçün tətbiq proqramlaşdırma interfeysi (APİ) və digər inteqrasiya vasitələrinin inkişafı və idarə olunmasını təmin edir;
- Məlumat bazalarının strukturlarının dizaynını və optimallaşdırılmasını həyata keçirir;
- Məlumatların şifrələnməsi, icazələrin idarə olunması və audit mexanizmlərinin tətbiqini təmin edir;
- Daxil olan və xaric olan məlumat axınının emalı (stream processing) və real vaxt analitikası (real-time analytics) texnologiyalarını tətbiq və idarə edir;
- Məlumat axınlarının və sistemlərinin fasiləsiz işləməsini təmin etmək üçün monitorinq alətlərini tətbiq edir;
- Məlumat infrastrukturunun davamlı işləməsi üçün texniki dəstək göstərir və problemləri operativ həll edir;
- Məlumat anbarlarını (data warehouses) dizayn edir, qurur və idarə edir;
- Rəhbərliyin tapşırıqlarına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirir.
Texniki kompetensiyalar
- Database üzrə biliklər
- Data Lakehouse üzrə biliklər
- ETL/ELT Prosesslərin yazlması üzrə biliklər
- Batch prosessing Spark bilikləri
- Real-time prosessinq Kafka bilikləri
- Python proqramlaşdırma dil bilikləri
- SQL, PL/SQL bilikləri
- Data orkestrasiya alətləri bilikləri
Təcrübə
- Data mühəndisi kimi 4 illik iş təcrübəsi tələb olunur.
Təhsil
- Tətbiqi Riyaziyyat və Kibernetika / Kompüter Elmlər və s İT yönümlü ixtisaslar üzrə ali təhsil tələb olunur.
Dil bacarığı
- Azərbaycan dili (yüksək), İngilis dili (yüksək)
Kompüter bacarıqları
- MS Office proqramları (yüksək səviyyədə)
Sertifikatlar
- Beynəlxalq sertifikatlar arzu olunandır.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.