ƏSAS VƏZİFƏ FUNKSİYALARI:
- Layihələr üçün sistemlərin analizi, dizaynı və inkişafı. Yeni proqram təminatlarının yaradılması və mövcud sistemlərin təkmilləşdirilməsi.
- Yüksək keyfiyyətli və səmərəli kodun yazılması və kodun sınaqdan keçirilməsi. Kodun təmizliyi və optimallığına nəzarət etmək.
- Backend xidmətlərini istifadəçi interfeysləri ilə inteqrasiya etmək üçün frontend tərtibatçıları ilə əməkdaşlıq etmək.
- Miqyaslana bilən və effektiv backend sistemləri dizayn etmək üçün proqram təminatı memarları ilə sıx əməkdaşlıq etmək.
- Layihə qrupunun digər üzvlərinə texniki rəhbərlik etmək, onların fəaliyyətini koordinasiya etmək və onlara mentorluq etmək.
- Avtomatlaşdırılmış sistemlərin texniki dəstəyini təmin etmək, problemləri həll etmək və yenilikləri tətbiq etmək.
- Rəqəmsal mühəndislikdə yeni texnologiyaların və trendlərin izlənilməsi və tətbiq olunması.
- Layihələrin vaxtında və texniki tapşırığa uyğun həyata keçirilməsini təmin etmək.
- Şöbənin fəaliyyət nəticələrinə dair hesabatların hazırlanmasında iştirak
- Bankın istifadəsində olacaq proqram təminatı üzrə kod versiyalarının jurnallarının tərtib edilməsi və manual şəklində saxlanması;
- Digər əməkdaşların sahəsi üzrə təkmilləşməsi və proqram təminatını mənimsənilməsi tədris prosesində iştirak
- Şöbə üzrə proqram təminatı istiqamətində müvafiq prosedurların və siyasətlərin hazırlanmasında iştirak etmək;
- Biznesin inkişafı baxımından proqram təminatı üzrə yeni yazılacaq və ya alınacaq proqram təminatının kod səviyyəsində mənimsəlməsində birbaşa iştirak;
- Yeni məhsulların yaradılmasında iştirak və onların tətbiqi metodlarının seçilməsi;
- Rəhbərliyinin tapşırıqlarına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirmək.
TƏLƏB OLUNAN BİLİKLƏR VƏ BACARIQLAR:
- Java, Python, C# və ya digər əsas proqramlaşdırma dillərində yüksək səviyyədə bilik.
- Data structures and algorithms üzrə dərin biliklər.
- SQL, NoSQL bazaları ilə iş təcrübəsi. Verilənlər bazası dizaynı və optimizasiyası üzrə dərin biliklər.
- RESTful API-lər və veb xidmətlərin yaradılması və dəstəklənməsində təcrübə.
- Git və ya digər versiya nəzarət sistemlərindən istifadə bacarığı.
- Mikroservislər, bulud əsaslı həllər, konteyner texnologiyaları (Docker, Kubernetes) üzrə biliklər.
- MVC arxitekturasına tam bələdlik
- Kod versiyalaşdırma sistemləri (Git) ilə iş təcrübəsi
- Kod keyfiyyətinin təmini, səmərəli və təhlükəsiz kod yazılması (Clean Code prinsiplərinə uyğun olaraq).
- OAuth2, JWT token-lər və API təhlükəsizliyi üzrə təcrübə
- ASP.NET, Spring Boot framework-lərdə təcrübə
- Oracle, Postgre və ya digər RDBMS-lərlə geniş təcrübə
- JavaScript framework-ləri (Angular.js, React.js və ya digər) ilə iş təcrübəsi
- Çox sistemlər, serverlər və mühitlər arasında istifadəçi identifikasiyası və avtorizasiyası üzrə bacarıqlar
- Mürəkkəb texniki problemlərin həll edilməsi bacarığı və analitik düşünmə qabiliyyəti.
- Layihə idarəetməsi və komanda rəhbərliyi üzrə təcrübə. Texniki komanda ilə effektiv əməkdaşlıq bacarığı.
- Agile və Scrum metodologiyaları ilə tanışlıq.
- Komandada işləmə bacarığı.
- RabbitMQ və ya Kafka kimi mesaj növbələmə sistemləri ilə tanışlıq
DİGƏR TƏLƏBLƏR:
- Səlis azərbaycan, orta səviyyədə ingilis dili bacarığı
- Müvafiq sahədə 5 illik iş təcrübəsi
- Ali təhsil (Tətbiqi Riyaziyyat və Kibernetika / Kompüter Elmlər və s İT yönümlü ixtisaslar)
- Kompüter bacarığı MS Office (Word, Excell, Power Point)
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.