Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankı
  • 980

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Banklar

Böyük mütəxəssis

  • Deadline 21 May 2025

Struktur bölmənin adı: Rezolyusiya departamenti / Rezolyusiyanın planlaşdırılması və təşkili şöbəsi

Hesabatlı olduğu vəzifə: Şöbə rəisi

Vəzifənin funksiyaları:

  • Mərkəzi Bankın daxili qaydalarına əsasən bankların rezolyusiyası planlarını hazırlayır, qanunvericiliklə nəzərdə tutulan və rezolyusiya planlarında yer alan tədbirlərin təşkilini həmin struktur bölmələrlə birlikdə həyata keçirir;
  • Sağlamlaşdırma planını təlimatını hazırlayır, müxtəlif şöbələrlə koordinasiyanı və müntəzəm sınaq və yenilənmələrini aparılmasını  təşkil edir.
  • Rezolyusiya planlarının icrası ilə bağlı yarana biləcək problemləri Mərkəzi Bankın aidiyyəti struktur bölmələri ilə birgə müəyyən edir və onların həlli üçün rəhbərliyə təkliflər verir;
  • Şöbənin fəaliyyət istiqaməti üzrə qanunvericiliyin və normativ bazanın təkmilləşdirilməsi və qabaqcıl beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi ilə müvafiq hüquqi aktların beynəlxalq təcrübə ilə müqayisəli təhlilini aparır, rezolyusiya sahəsində ən qabaqcıl beynəlxalq təcrübənin öyrənərək təkliflər hazırlayır, qanunvericilikdə və normativ bazada yaranmış hüquqi kolliziyaları, boşluqları müəyyən edir, bu sahənin təkmilləşdirilməsi üzrə müstəqil və ya əlaqədar struktur bölmələri ilə əlaqəli şəkildə təkliflər hazırlayır;
  • Maliyyə institutlarının maliyyə vəziyyətinin dövri monitorinqini həyata keçirir, bu məqsədlə maliyyə institutlarına məxsus və digər mənbəyi məlum olan məlumatları toplayır, emal edir, təhlil edir, onların risklərini qiymətləndirir, nəticəsi üzrə müxtəlif hesabatlar hazırlayır, bunun əsasında rezolyusiya planlarına dair təkliflər formalaşdırır, eləcə də müvafiq hesabatları hazırlayır və risklərin azalmasına istiqamətlənən müvafiq tədbirlərin həyata keçirilməsinə dair təkliflər verir;
  • Rezolyusiya sahəsi və nəzarət məqsədləri üçün metodiki materialları hazırlayır, maliyyə institutlarına və Mərkəzi Bankın əlaqədar funksional bölmələrinə rezolyusiya təşkili üzrə metodiki dəstək göstərir, Mərkəzi Bankın fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq hüquqi aktlara və metodoloji sənədlərə aidiyyəti üzrə rəy və təkliflər verir;
  • Şöbənin vəzifələrinin icrası ilə əlaqədar səlahiyyətləri daxilində Mərkəzi Bankın struktur bölmələrinə sorğu verir və onlardan məlumatları alır, zəruri məlumatların əldə edilməsi məqsədilə dövlət orqanlarına (qurumlarına) və maliyyə institutlarına sorğuları hazırlayır;
  • Şöbə tərəfindən istifadə edilən informasiya sistemlərinin (proqram təminatlarının) əməliyyat inzibatçılığını həyata keçirir, onların təkmilləşdirilməsi, eləcə də yeni sistemlərin tətbiqi üzrə təkliflər verir və müvafiq texniki tapşırıqlar hazırlayır;
  • Mərkəzi Bankın rezolyusiya şöbəsinin əməliyyat və inkişaf planlarının və büdcə layihəsinin hazırlanmasında iştirak edir, planların icrasına dair məlumatı rəhbərliyə təqdim edir;

Texniki kompetensiyalar:

  • Rezolyusiya, sağlamlaşdırma, ləğvetmə sahəsində qanunvericilik bilikləri– yüksək səviyyədə
  • Bank, sığorta və qiymətli kağızlar bazarları sahəsində maliyyə, mühasibat, nəzarət üzrə qanunvericilik bilikləri – yüksək səviyyədə
  • Təqdimat və yazı bacarığı– orta səviyyədə
  • Risklərin qiymətləndirilməsi üzrə biliklər– yüksək səviyyədə

Davranış kompetensiyaları:

  • Analitik təhlil etmə
  • Ünsiyyət qurma
  • İnnovativlik və kreativlik
  • Vaxtın idarəedilməsi

Təcrübə:

  • Minimum 3 il Bank sahəsində (risk, maliyyə, audit) iş təcrübəsi;

Təhsil:

  • Maliyyə/hüquq/bank/sığorta/kapital bazarı istiqamətləri üzrə ali təhsil

Dil bacarığı:

  • Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yaxşı səviyyədə)

Kompüter bacarıqları:

  • MS Office proqramları, xüsusilə MS Excel (yaxşı səviyyədə)
  • İri həcmli məlumatların təhlili üzrə proqram təminatı (SQL, Python, və s.) ilə işləmə bacarıqları arzuolunandır

Sertifikatlar:

  • Maliyyə, mühasibat, audit, risklərin qiymətləndirilməsi, nəzarət və ya analitik sahələrində peşəkar sertifikatlar arzuolunandır

Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər.

  • Daily2
  • Weekly588
  • Monthly208