Struktur bölmənin adı - Bazar davranışlarının tənzimlənməsi departamentinin Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbəsi
Hesabatlı olduğu vəzifə - Şöbə rəisi
Öhdəliklər:
Maliyyə sektorunun peşəkar inkişafı üzrə
- Maliyyə sektorunun prioritet vəzifə funksiyalarının təhlili, tələb olunan səriştə və bilik sahələrinin müəyyən edilməsi;
- Prioritet vəzifə funksiyaları üzrə sertifikatlaşdırma proqramlarının tələblərinin hazırlanması, maraqlı tərəflərlə müzakirələrin təşkili və razılaşdırılması;
- Sertifikatlaşdırma çərçivəsində qiymətləndirmə alətləri, imtahan materialları və öyrənmə modullarının sahə mütəxəssisləri ilə birlikdə hazırlanması, prosesin təşkili və yekun materiallara dair rəy sənədlərinin hazırlanması;
- Maliyyə institutları ilə əməkdaşlıq şəraitində maliyyə mütəxəssislərinin davamlı inkişafının təşviq edilməsi;
- Maliyyə sahəsində beynəlxalq sertifikat proqramlarının təhlili, yerli proqramlarla müqayisəsi və inkişaf istiqamətində təkliflərin hazırlanması;
- Yerli və beynəlxalq təhsil, sertifikatlaşdırma və tənzimləyici qurumlarla əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsi;
- Konsepsiya sənədləri, hesabatlar və arayışların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Cəmiyyətin maliyyə savadlılığının artırılması
- Müxtəlif yaş qrupları və hədəf auditoriyalar üçün maliyyə savadlılığı proqramları və tədris planlarının hazırlanması və icrasına dəstək, o cümlədən tədris materialları, prezentasiyalar, elektron modullar, məqalə və video kontentlərin hazırlanması;
- Hədəf auditoriyaların maliyyə bilik səviyyəsinin qiymətləndirilməsi üzrə sorğuların təhlili və nəticələrə əsasən təkliflərin hazırlanması;
- Digər dövlət və maliyyə sektor qurumları ilə əməkdaşlıq şəraitində maliyyə savadlılığının artırılması proqramlarının idarə olunması, o cümlədən maarifləndirmə kampaniyaları üçün kontentin hazırlanması, maraqlı tərəflərlə razılaşdırılması və icraçı agentliklərin fəaliyyətinə nəzarət;
- Mövcud proqramların monitorinqi və təkmilləşdirilməsi üzrə hesabatların hazırlanması.
- Maliyyə savadlılığı üzrə elektron portalın inkişafı, onun davamlı yenilənməsi və təbliğat fəaliyyətlərinin təşkili.
Kompetensiyalar
Əsas kompetensiyalar
- Təşəbbüskarlıq
- Məsuliyyətlilik
- Komandada işləmə
- Təkmilləşməyə meyllilik
- Texniki kompetensiyalar
- Maliyyə sektoru üzrə əsas biliklər
- İnsan kapitalının inkişafı və bacarıqların artırılması üzrə biliklər
- Resursların və layihələrin idaərəedilməsi bacarıqları
- Davranış kompetensiyaları
- Analitik təhlil etmə
- Ünsiyyətqurma
- Vaxtın idarəedilməsi
- Stressə davamlılıq
Təcrübə
- İnsan kapitalının inkişafı, layihələrin idarəedilməsi və s. əlaqəli sahələrdə minimum 3 il iş təcrübəsi. Bank sektorunda təcrübə arzuolunandır.
Təhsil
- İnsan resurslarının idarəedilməsi və ya Təhsilin idarəedilməsi sahələrində ali təhsil tələb olunur. Fərqli ixtisaslar üzrə ali təhsil olduqda sahə üzrə ən azı 5 il iş təcrübəsi və ya beynəlxalq sertifikasiya tələb olunur.
Dil bacarığı
- Azərbaycan dili (yüksək səviyyədə), İngilis dil (yüksək səviyyədə), Rus dili (orta səviyyədə)
Kompüter bacarığları
- MS Office proqramları (yaxşı səviyyədə)
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.