Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankı
  • 101

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Maliyyə və sığorta fəaliyyəti , Bankçılıq

Böyük mütəxəssis

  • Deadline 26 Oktyabr 2026

Struktur bölmənin adı Bazar davranışlarına nəzarət və tənzimləmə departamenti, Bazar davranışlarının tənzimlənməsi və nəzarətin metodologiyası şöbəsi 

Hesabatlı olduğu vəzifə Şöbə rəisi

Vəzifənin funksiyaları:

  • Bazar davranışlarının tənzimləmə və nəzarət siyasəti üzrə qabaqcıl beynəlxalq təcrübənin və standartların tətbiqi məqsədilə araşdırmalar aparır, onların tətbiqi imkanlarını qiymətləndirir və nəticələri üzrə rəhbərliyə arayışlar və təkliflər hazırlayır;
  • Mərkəzi Bankın bazar davranışlarının tənzimləmə və nəzarət siyasətinə, habelə qabaqcıl beynəlxalq təcrübə və standartlara uyğun olaraq maliyyə institutlarının fəaliyyətinin tənzimlənməsinə dair normativ metodoloji bazanı hazırlayır və mövcud bazanı təkmilləşdirir;
  • Bazarın monitorinq nəticələri, maliyyə xidmətlərinin istehlakçıları və investorların şikayətləri və hüquq pozuntuları üzrə analitik hesabatlar hazırlayır və rəhbərliyə təqdim edir;
  • Bazar davranışları normativlərinin və tələblərin tətbiqi, habelə səlahiyyətlərinə aid digər məsələlər üzrə maliyyə institutlarına, həmçinin Mərkəzi Bankın nəzarət funksiyasını həyata keçirən struktur bölmələrin əməkdaşlarına və digər aidiyyəti struktur bölmələrə metodoloji dəstək göstərir;
  • Maliyyə xidmətlərində (məhsullarında) baş verən dəyişiklikləri və yeniliklərin dövri izlənilməsini və maliyyə xidmətlərinin (məhsullarının) test məqsədli alışların həyata keçirilməsi istiqamətində  təkliflər hazırlayır;
  • Zərurət yarandıqda maliyyə xidmətləri bazarının iştirakçıları üzrə bazar davranışlarının tənzimlənməsi üzrə requlyativ çərçivəyə nəzərdə tutulan dəyişikliklərə maliyyə institutlarının, zərurət yarandıqda istehlakçıların və investorların mövqeyini öyrənir, qiymətləndirir, maliyyə institutları ilə daim dialoqun olmasını təmin edir;
  • Maliyyə sektoru istehlakçıları və investorların inamını artırmaq üçün hüquqi pozuntular zamanı hüquqi məsuliyyət tədbirlərinin müəyyənləşdirilməsi ilə əlaqədar hazırlanmış təkliflərə rəy verir;
  • Maliyyə məlumatlılığının artırılması istiqamətində aidiyyəti struktur bölməyə təkliflər verir;
  • Aidiyyəti struktur bölmənin sığorta tariflərinə verilmiş rəy nəzərə alınmaqla sığortaçıların hazırladığı sığorta qaydaları üzrə könüllü sığorta növünün aparılmasına icazə verilməsi ilə bağlı tədbirlər görür;
  • Maliyyə sektoru üzrə bazar davranışlarının tənzimlənməsinə dair ən yaxşı təcrübələri izləyir, yanaşmaları təhlil edir və nəticələrlə bağlı hesabatlar hazırlayır;

Texniki biliklər

  • Risklərin idarəolunması üzrə biliklər– orta səviyyədə
  • Maliyyə üzrə biliklər – yüksək səviyyədə
  • Ümumi iqtisadiyyat və bankçılıq üzrə biliklər – yüksək səviyyədə

​​​​​​​Təcrübə

  • Maliyyə institutlarında müvafiq sahə üzrə minimum 3 il 

​​​​​​​Təhsil

  • Müvafiq sahədə ali təhsil (Maliyyə/İqtisadiyyat/Hüquq/İdarəetmə)

Dil bacarığı

  • Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yüksək səviyyədə)

Kompüter bacarıqları

  • MS Office-Yaxşı səviyyədə

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly215
  • Monthly1073