Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankı
  • 668

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Banklar

Böyük mütəxəssis (Biznes analitik)

  • Deadline 31 Avqust 2025

Struktur bölmənin adı:  Rəqəmsal Mühəndislik departamenti / Biznes analiz və test şöbəsi - Biznes analiz bölməs

Vəzifənin funksiyaları:

  • Şöbəyə daxil olan sorğuların təhlil edilməsi üçün Mərkəzi Bankın digər struktur bölmələri ilə əməkdaşlıqda iştirak edir;
  • Struktur bölmələr tərəfindən proqram təminatlarının dəyişikliyi ilə bağlı şöbəyə daxil olan sorğuları təhlil edir; 
  • Proqram təminatlarında dəyişikliklərin edilməsi üçün texniki spesifikasiya sənədlələrini və istifadəçi təlimatlarını hazırlayır;
  • İnformasiya texnologiyaları sahəsinə dair yeni layihələrin, o cümlədən sistemlərin biznes fəaliyyətinə dair tələblərini toplayaraq spesifikasiyaların hazırlanmasını təmin edir;
  • Şöbəyə daxil olan biznes tələbini informasiya sistemlərində uyğun şəkildə tətbiqini təmin edir;
  • İnformasiya texnologiyaları layihələrinin icrası zamanı texniki və biznes tələblərinin uyğunluğunu nəzarətdə saxlayır;
  • Texniki spesifikasiya sənədlərinin hazırlanması zamanı Departamentlə digər struktur bölmələr arasında koordinasiyasında iştirak edir;
  • Tələblər üzrə təhlil metodlarını və proseslərini davamlı olaraq təkmilləşdirir;
  • İnformasiya texnologiyaları ilə bağlı layihələrin vaxtında və büdcə daxilində yerinə yetirilməsini dəstəkləyir;
  • Yeni sistemlər və onların təkmilləşdirilməsi barədə istifadəçilərə təqdimatlar və təlimlər keçirir;
  • Departament rəhbərliyinin tapşırığına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirir.

Texniki kompetensiyalar: 

  • Layihələrin və risklərin idarəetmə bacarığı
  • İnsidentlərin texniki izahi
  • Təqdimat və yazı bacarığı

Təcrübə: 

  • Biznes Analitika və ya bənzər sahədə minimum 3-5 il iş təcrübəsi tələb edilir

Təhsil: 

  • İnformasiya Texnologiyaları, Riyaziyyat, İqtisadiyyat, İdarəetmə yönümlü ixtisaslar üzrə ali təhsil tələb olunur.

Dil bacarığı: 

  • Azərbaycan dili (yüksək), İngilis dili (orta)

Kompüter bacarıqları: 

Tələb olunan bacarıqlar:

  • Sistemlər arasında inteqrasiyalar və API-lar üzrə təcrübə;
  • Biznes analitika və proses modelləşdirmə vasitələri (BPMN, UML və s.) üzrə təcrübə arzuolunandır;
  • JIRA, Confluence və digər İT layihə idarəetmə vasitələrində təcrübə;
  • Dövlət sektorunda layihələrdə işləmə təcrübəsi;
  • Sahə üzrə sertifikatlar (IIBA, PMI və digər oxşar) arzuolunandır;
  • Biznes proseslər üzrə texniki sənədlərin (texniki tapşırıq, use-case, istifadəçi təlimatları) hazırlanması;
  • Data təhlili alətləri (Python, R, SQL, BI platformaları, vizuallaşdırma vasitələri) sahəsində biliklər
  • MS Office yüksək səviyyədə.

Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link üzərindən müraciət edə bilərlər.

  • Daily0
  • Weekly0
  • Monthly1865