Struktur bölmənin adı
- İnformasiya texnologiyaları əməliyyatları departamenti / Ödəniş sistemlərinin təminatı şöbəsi
Vəzifənin funksiyaları:
- Ödəniş sistemləri, servisləri, inteqrasiyaları və avtomatlaşdırılmış iş yerlərinin fasiləsiz fəaliyyətinin təmin edilməsi, yaranan xətaların araşdırılması və aradan qaldırılması.
- Sistemlərin idarə edilməsi üzrə bütün zəruri gündəlik prosedurların yerinə yetirilməsi, ehtiyat nüsxələrinin yaradılması və saxlanılması, zəruri hesabatların hazırlanması, ehtiyac yarandıqda məlumatların bərpasına nəzarət edilməsi.
- Yeniləmələrin, patçların və yeni relizlərin test serverində quraşdırılması, konfiqurasiyası və test edilməsi, uğurlu testlərdən sonra prod mühitində tətbiq edilməsi.
- Ödəniş sistemləri və servislərinin inkişafı və optimizasiyası layihələrində iştirak edilməsi, habelə yeni həllərin tətbiqində iştirak edilməsi.
- Servis xidməti və layihələrin idarə edilməsi üzrə təchizatçı ilə işin təşkili.
- Təşkilatlar və iştirakçılar ilə inteqrasiya və iştirakçı iş yerləri üzrə metodoloji yardımın göstərilməsi;
Texniki kompetensiyalar
- Layihələrin idarə edilməsi üzrə biliklər və təcrübə
- Ödəniş sistemləri və əlaqəli proqram təminatları ilə biliklər və təcrübə
- İnsidentlərin texniki izahı
- Texniki sənədlərin hazırlanması
- Proseslərin avtomatlaşdırılması
- Logların araşdırılması
Təcrübə
- Müvafiq sahədə 3 il təcrübə tələb olunur.
Təhsil
- İnformasiya Texnologiyaları, Riyaziyyat yönümlü ixtisaslar üzrə ali təhsil tələb olunur.
Dil bacarığı
- Səlis azərbaycan, yaxşı səviyyədə ingilis dili bacarığı tələb olunur.
Kompüter bacarıqları
- Ödəniş sistemləri ilə iş təcrübəsi (AÖS, AZIPS, XÖHKS, SWIFT, HÖP).
- Bu sistemlərin iş prinsiplərinin anlaşılması və onlara inteqrasiya təcrübəsi.
- ISO-20022 və SWIFT MT formatları üzrə bilikləri.
- REST API və SOAP veb-xidmətlərinin iş prinsiplərinin anlaşılması.
- SQL üzrə baza bilikləri.
- Biznes tətbiqlərinin quraşdırılması, konfiqurasiyası, idarə edilməsi və texniki problemlərin həlli sahəsində təcrübə.
- Yeni həllərin inteqrasiyası, test edilməsi və texniki sənədlərin tərtib olunması üzrə təcrübə.
- Texniki tapşırıqların hazırlanması və biznes proseslərin təhlili sahəsində sifarişçi ilə iş təcrübəsi.
- SWIFT sisteminin idarə edilməsi təcrübə böyük üstünlük olacaq.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.