Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankı

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Banklar

Hüquq məsləhətçisi

  • Deadline 18 Mart 2025

Struktur bölmənin adı:

  • Kapital bazarı fəaliyyətinə dair siyasət və tənzimlənmə departamenti \ Tənzimlənmə və nəzarətin metodologiyası şöbəsi

Vəzifənin funksiyaları:

  • Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin, investisiya fondları və investisiya fondlarının idarəçilərinin fəaliyyətinin tənzimlənməsinə və nəzarətin təşkilinə dair normativ-metodoloji bazanın formalaşdırılması və mövcud bazanın təkmilləşdirilməsi üzrə normayaratma fəaliyyətində iştirak;
  • Kapital bazarını tənzimləyən qanunvericilik aktlarının hazırlanmasında iştirak;
  • Mərkəzi depozitar, klirinq təşkilatı və fond birjasının daxili qaydalarının optimallaşdırılması üzrə təkliflər hazırlanmasında iştirak, fond birjasının və klirinq təşkilatının daxili qaydalarının təhlilində və rəyin bildirilməsində iştirak;
  • Lisenziyalaşdırılan şəxslərdən, habelə beynəlxalq təşkilatlar və yerli qurumlardan daxil olan sorğuların aidiyyəti üzrə cavablandırılmasında iştirak edir;
  • Kapital bazarının iştirakçıları üzrə requlyativ çərçivəyə nəzərdə tutulan əlavə və dəyişikliklərinə kapital bazarı sektorunun mövqeyini qiymətləndirilməsində iştirak, lisenziyalaşdırılan şəxslər ilə kommunikasiyanın həyata keçirilməsində iştirak;
  • Kapital bazarına dair maliyyə savadlılığının artırılması üzrə tədbirlərdə iştirak;
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, araşdırmaların aparılması və təkliflərin hazırlanmasında iştirak edir;

Texniki kompetensiyalar:

  • Qiymətli kağızlar bazarı haqqında qanun (yüksək səviyyədə) 
  • Mülki Məcəllənin 4-cü və 54-cü fəsilləri (yaxşı səviyyədə)
  • Qiymətli kağızlar bazarının tənzimlənməsi üzrə normativ baza (yaxşı səviyyədə)
  • İnvestisiya fondları haqqında qanun (yaxşı səviyyədə) 
  • Maliyyə sistemi, maliyyə bazarları və alətləri (orta səviyyədə)
  • Kapital bazarı sahəsində biliklər (orta səviyyədə) 

Təcrübə:

  • Maliyyə sektorunda, investisiya sahəsində və ya iqtisadi sektorda hüquq məsləhətçisi kimi 2 illik iş təcrübəsi

Təhsil:

  • Hüquqşünaslıq ixtisası üzrə ali təhsil 

Dil bacarığı:

  • Səlis azərbaycan dili, yaxşı səviyyədə ingilis dili bacarığı 

Kompüter bacarıqları:

  • MS Office proqramları (yaxşı səviyyədə) 

Sertifikatlar:

  • Kapital bazarı sahəsində peşəkar sertifikatlar arzuolunandır
  • Daily88
  • Weekly323
  • Monthly897