Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankı

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Banklar

İnformasiya və kibertəhlükəsizlik departamenti, İnformasiya və kibertəhlükəsizlik siyasəti və nəzarəti şöbəsi – Mütəxəssis

İnformasiya və kibertəhlükəsizlik departamenti, İnformasiya və kibertəhlükəsizlik siyasəti və nəzarəti şöbəsi – Mütəxəssis

  • Deadline 29 Aprel 2025

ƏSAS VƏZİFƏ  FUNKSİYALARI:

  • Əməliyyat planının icrasına nəzarətin təmin edilməsi üzrə tapşırıqların yerinə yetirilməsi;
  • İnformasiya və kibertəhlükəsizlik üzrə baş verən yeniliklərin daim izlənilməsi və proseslərdə nəzərə alınması üçün təkliflərin verilməsi;
  • İnformasiya təhlükəsizliyi üzrə normativ-metodoloji bazanın hazırlanması və davamlı aktuallaşdırılması ilə bağlı zəruri araşdırmaların aparılması, təqdimatların, hesabatların hazırlanması;
  • İnformasiya təhlükəsizliyi idarəetmə sistemi üzrə müəyyən edilmiş nəzarət tədbirlərinin səmərəliliyinin qiymətləndirilməsi;
  • İnformasiya təhlükəsizliyi idarəetmə sisteminin beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması və tətbiqinə nəzarətin həyata keçirilməsi üzrə zəruri koordinasiyanın təmin edilməsi;
  • İnformasiya təhlükəsizliyi üzrə yoxlama proseslərində iştirak;
  • Əməliyyat risklərinin qiymətləndirilməsi prosesi çərçivəsində informasiya təhlükəsizliyi risklərini qiymətləndirilməsi və cavab tədbirlərini formalaşdırılması üçün təkliflərin verilməsi və əsaslandırılması;
  • Korporativ layihə idarəetmə konsepsiyasına uyğun olaraq lahiyələrin həyata keçirilməsi zamanı informasiya təhlükəsizliyi tələblərlərinin müyyən edilməsi və təmin edilməsinə dəstək göstərilməsi;
  • Audit yoxlama nəticələrinin araşdırılması və müvafiq tədbirlər planlarının hazırlanması;
  • İnformasiya və kibertəhlükəsizliyin təmin olunması sahəsində bankdaxili hazırlıq və maarifləndirmə prosesinin icra edilməsi;
  • İnformasiya və kibertəhlükəsizlik üzrə məmnunluq səviyyəsinin ölçülməsi ilə bağlı sorğuların keçirilməsinin təşkili, yekun hesabatların hazırlanması.

TƏLƏB  OLUNAN BİLİKLƏR VƏ BACARIQLAR:

  • Məlumatların tamlığının monitorinq edilməsi
  • Səlahiyyətli giriş hüquqlarına nəzarət 
  • Məlumat bazalarının təhlükəsizliyinin təmin edilməsi
  • Məlumat sızıntısının qarşısının alınması
  • Zəifliklərin aşkar edilməsi sistemləri ilə iş təcrübəsi
  • Ünsiyyətqurma və komanda ilə işləmək və liderlik bacarığı; 
  • Analitik düşünmə bacarığı;
  • Problemləri həll etmə, qərar qəbul etmə və hesabat tərtib etmə bacarığı;

DİGƏR TƏLƏBLƏR:

  • Dil bacarıqları - Azərbaycan dili - yüksək səviyyədə  / İngilis dili - yaxşı səviyyədə 
  • Təcrübə - İnformasiya texnologiyaları sahəsində ümumilikdə 3 il, müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi tələb olunur;
  • Təhsil - Ali təhsil (İnformasiya texnologiyaları, Kompüter elmləri və mühəndisliyi və ya Tətbiqi riyaziyyat üzrə) tələb edilir.
  • Kompüter bacarıqları - MS Office proqramları, xüsusilə MS Word, MS Excel və MS Power Point, MS Windows
  • Daily141
  • Weekly141
  • Monthly1414