Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankı
  • 957

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Banklar

İnformasiya və kibertəhlükəsizlik departamenti, İnformasiya və kibertəhlükəsizlik siyasəti və nəzarəti şöbəsi – Şöbə rəisi

İnformasiya və kibertəhlükəsizlik departamenti, İnformasiya və kibertəhlükəsizlik siyasəti və nəzarəti şöbəsi – Şöbə rəisi

  • Deadline 29 Aprel 2025

ƏSAS VƏZİFƏ  FUNKSİYALARI:

  • İnformasiya təhlükəsizliyi sistemlərinin tətbiqi proseslərini planlaşdırır və layihələri Mərkəzi Bankın korporativ layihə idarəetmə konsepsiyasına uyğun olaraq həyata keçirir
  • Həssas informasiyanın icazəsiz kənara sızmasının qarşısının alınması üzrə kompleks tədbirlərin icrasında iştirak edir
  • Mərkəzi Bankda informasiya sistemlərinə giriş icazələrinin idarə olunması və nəzarətin həyata keçirilməsi fəaliyyətini təmin edir
  • Mərkəzi Bankda informasiya və digər əlaqəli aktivlərin inventarizasiya prosesinin effektiv aparılmasına nəzarəti həyata keçirir
  • İnformasiya sistemlərinin illik yoxlama planlarını resurs sahibləri ilə razılaşdıraraq hazırlayır və məsul şəxsləri təyin edir
  • Əməliyyat risklərinin qiymətləndirilməsi prosesi çərçivəsində informasiya təhlükəsizliyi risklərini qiymətləndirir və cavab tədbirlərini formalaşdırır
  • Mərkəzi Bankın nəzarət subyektlərində həyata keçirilən yoxlama prosesində iştirak edir, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik məsələlərinin hüquqi aktların tələbləri çərçivəsində idarə edilməsinin effektivliyinin yoxlanılması üzrə fəaliyyəti icra edir
  • Mərkəzi Bankın nəzarət subyektlərində informasiya təhlükəsizliyinin təmin edilməsinə dair minimum tələbləri müvafiq struktur bölmələrlə birgə formalaşdırır
  • İnformasiya sistemlərində həyata keçirilən dəyişikliklərin informasiya təhlükəsizliyi tələblərinə uyğunluğunun qiymətləndirilməsini və icrasına müvafiq nəzarəti həyata keçirir
  • İnformasiya təhlükəsizliyi idaəretmə sistemi (İTİS) üzrə nəzarəti həyata keçirir və sistemin beynəlxalq standartların tələblərinə uyğun təkmilləşdirilməsini təmin edir
  • Mərkəzi Bankda informasiya təhlükəsizliyi tədbirlərinin qabaqcıl təcrübəyə və beynəlxalq standartlara uyğunlaşdırılması üzrə normativ-metodoloji sənədlərin hazırlanması və təkmilləşdirilməsi işini təşkil edir
  • İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin inkişafı strategiyasını hazırlayır və icrasını təşkil edir
  • İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsi üzrə baş verən yenilikləri daim izləyir, bu yeniliklərin Mərkəzi Bankda tətbiqi imkanlarını müəyyən edir və müvafiq təklifləri formalaşdırır
  • Müxtəlif mənbələrdən (daxili və xarici sistemlərdən) məlumatların inteqrasiyasını təmin edilməsi işində iştirak edir;
  • Məlumatların birləşdirilməsi üçün tətbiq proqramlaşdırma interfeysi (APİ) və digər inteqrasiya vasitələrinin inkişafı və idarə olunmasını təmin edir;
  • Daxil olan və xaric olan məlumat axınının emalı (stream processing) və real vaxt analitikası (real-time analytics) texnologiyalarını monitoring və idarə edir;
  • Məlumat axınlarının və sistemlərinin fasiləsiz işləməsini təmin etmək üçün monitorinq alətlərini tətbiq edir;
  • Məlumat infrastrukturunun davamlı işləməsi üçün texniki dəstək göstərir və problemləri operativ həll edir;
  • Rəhbərliyin tapşırıqlarına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirir

TƏLƏB  OLUNAN BİLİKLƏR VƏ BACARIQLAR:

  • Məlumatların tamlığının monitorinq edilməsi
  • Səlahiyyətli giriş hüquqlarına nəzarət 
  • Məlumat bazalarının təhlükəsizliyinin təmin edilməsi
  • Məlumat sızıntısının qarşısının alınması
  • Zəifliklərin aşkar edilməsi sistemləri ilə iş təcrübəsi
  • Ünsiyyətqurma və komanda ilə işləmək və liderlik bacarığı; 
  • Analitik düşünmə bacarığı;
  • Problemləri həll etmə, qərar qəbul etmə və hesabat tərtib etmə bacarığı;

DİGƏR TƏLƏBLƏR:

  • Dil bacarıqları - Azərbaycan dili - yüksək səviyyədə  / İngilis dili - yaxşı səviyyədə 
  • Təcrübə - İnformasiya texnologiyaları və infrastrukturu sahələrində 4 illik iş təcrübəsi  
  • Təhsil - Ali təhsil (İnformasiya texnologiyaları, Kompüter elmləri və mühəndisliyi və ya Tətbiqi riyaziyyat üzrə) tələb edilir.
  • Kompüter bacarıqları - MS Office proqramları, xüsusilə MS Word, MS Excel və MS Power Point, MS Windows
  • Daily141
  • Weekly141
  • Monthly1414