Vəzifənin funksiyaları:
- İnsan kapitalının inkişafı üzrə proqram və layihələrin yaradılmasında iştirak etmək və hərəkat planının gedişatını təmin etmək
- Vəzifələr üzrə kompetensiyaların müəyyənləşdirilməsində, qiymətləndirmə alətlərinin hazırlanmasında və istedad hovuzunu formalaşdırmasında iştirak etmək və prosesə məsuliyyət daşımaq
- İstedadın müəyyənləşdirilməsi, fəaliyyətin qiymətləndirməsi, təşkilat daxilində karyera inkişafı planlaşdırması metodologiyasının hazırlanması və həyata keçirilməsinə məsuliyyət daşımaq
- Təcrübə proqramları, instedadların inkişafına fokuslanan proqramlarının təbliğat və seçim mərhələrini təşkil etmək və uyğun iştirakçıların seçilməsi üçün alətləri yeniləmək; istedadların performansının idarə olunmasına dair proseslərin gedişatını təmin etmək
- Hər bir funkisya üçün real və ölçülə bilən hədəflərin qoyulması, performansın qiymətləndirilməsi, təhlili, qiymətləndirmə sonrası dəyərləndirmə daxil olmaqla təkliflərinin hazırlanması proseslərini icra etmək
- Əməkdaşların işə bağlılığı üzrə layihələrin illik plan və konsepsiyasının yaradılması və icrasında iştirak etmək
- Tədbirlər, əməkdaşların rifahı üzrə layihələr, sosial məsuliyyətliliyi təşviq edən layihələrin planlaması, təbliğatı və təşkilində iştirak etmək
- Təşkilatda istedadların idarə olunması strategiyasının formalaşdırılması və həyata keçirilməsində prosesləri icra etmək
- Vəzifələr üzrə kompetensiya çərçivəsinin hazırlanması, inkişaf etdirilməsi və tətbiqini təmin etmək
- Təşkilat daxilində istedad hovuzunun formalaşdırılması və davamlı inkişafını təmin edən proqramların hazırlanmasına və icrasına məsuliyyət daşımaq
- Karyera inkişafı və davamçıların planlaşdırması (succession planning) proseslərinin qurulması və icrasını təmin etmək
- Məsul olduğu struktur bölmələrlə tərəfdaşlıq əsasında performansın planlaşdırılması, monitorinqi və qiymətləndirilməsi mərhələlərində iştirak etmək
- Performansla bağlı müvafiq təlimatlar, metodologiyalar və təkmilləşdirmə təkliflərini hazırlamaq
- İşə bağlılıq üzrə illik layihə və tədbirlərin planlaşdırılması, tətbiqi və nəticələrinin təhlilində iştirak etmək
- Məsul olduğu layihələr çərçivəsində əməkdaşların məmnunluğu və bağlılığını artırmaq məqsədilə sorğular, daxili tədbirlər və kommunikasiyaların təşkili
- Zərurət olduqda, şöbə rəhbərinin təyinatı ilə əməkdaşların rifahı, daxili kommunikasiya və sosial məsuliyyət təşəbbüslərinin həyata keçirilməsində iştirak etmək
- Şöbənin funksiyaları çərçivəsində layihələrin planlaşdırılması, koordinasiyası və icrasında fəal iştirak etmək
- Şöbənin funksiyaları daxilində şöbə rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirmək
Kompetensiyalar
- Davranış kompetensiyaları
- Effektiv kommunikasiya bacarığı
- Emosional intellect
- Komandada işləmə
- Qərar qəbuletmə
- Məsuliyyətlilik
- Nəticəyönümlülük
- Sahibkarlıq ruhu
- Təkmilləşməyə meyllilik
- Təşəbbüskarlıq
- Yaradıcılıq
Texniki kompetensiyalar
- Analiz etmə qabiliyyəti
- Auditoriya qarşısında çıxış etmək bacarığı
- Müsahibə etmə və dəyərləndirmə qabiliyyəti
- Planlama və prioritetləşdirmə
- Strateji düşüncə qabiliyyəti
Təcrübə
- Müvafiq sahə üzrə minimum 3 il
Təhsil
- Ali təhsil
Dil bacarığı
- Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yüksək səviyyədə), Rus dili (arzuolunandır)
Kompüter bacarıqları
- MS Office proqramları, xüsusilə MS Power Point, Word, MS Excel,Outlook, MS Visio – yüksək səviyyədə
Maraqlanan namizədlər Müraciət et butonunda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.