Struktur bölmənin adı:
- Tədqiqatlar departamenti \ Mikroiqtisadi tədqiqatlar şöbəsi
Son müraciət tarixi:
- 12.01.2025
Vəzifənin funksiyaları:
- Təhlil və tədqiqatlar üçün tələb olunan statistik göstəricilərin mütəmadi toplanması, məlumat bazalarının yenilənməsi və tədqiqat işinin tələblərinə uyğunlaşdırılması;
- İqtisadiyyatın sahələri üzrə tədqiqatların aparılması, o cümlədən sənaye-klaster siyasəti, sənaye iqtisadiyyatına dair araşdırmalarda iştirak;
- Müxtəlif məlumat bazaları, o cümlədən böyük verilənlərdən istifadə etməklə istehlak bazarında qiymətlərin mütəmadi təhlili;
- Mikroiqtisadi subyektlərin, o cümlədən ev təsərrüfatları və şirkətlərin maliyyə-iqtisadi davranışlarının, biznesin inamı və istehlakçı gözləntilərinə təsir edən amillərin analitik təhlilində və bu istiqamətdə tədqiqat işlərinin aparılmasında iştirak;
- İşsizlik, bazar uğursuzluğu və rəqabət, səmərəlilik və sair kimi mikroiqtisadi məsələlər üzrə tədqiqat ideyalarının müəyyən edilməsində, bu sahədə araşdırmaların aparılması və nəticələri barədə analitik yazıların hazırlanmasında iştirak;
- İqtisadi fəaliyyət sahələri üzrə maliyyə axınlarının mütəmadi olaraq təhlili və hesabatın hazırlanmasında iştirak;
- AMB-nin struktur bölmələrinin sorğusu əsasında tematik tədqiqatların aparılmasında iştirak;
- Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, araşdırmaların aparılması və şöbənin funksiyalarına aid müxtəlif hesabatların, təqdimatların, metodoloji sənədlərin hazırlanmasında iştirak.
Texniki kompetensiyalar:
- Ümumi iqtisadiyyat və bankçılıq
- Makroiqtisadiyyat
- Monetar iqtisadiyyat və pul siyasəti
- Beynəlxalq iqtisadiyyat
- Statistika və Ekonometrika
- Analitik təhlil etmə
- Təqdimat və yazı bacarığı
- Siyasət təhlili üçün modelləşdirmə
- Mikroiqtisadiyyat
Təcrübə:
- Müvafiq sahə üzrə 2 il iş təcrübəsi
Təhsil:
- Ali təhsil (iqtisadi/maliyyə);
Davranış kompetensiyaları:
- Təşəbbüskarlıq, təkmilləşməyə meyllilik, məsuliyyətlilik, stressə davamlılıq
- Ünsiyyətqurma və komandada işləmə
- Vaxtın idarə edilməsi
Dil bacarığı:
- Azərbaycan dili (yüksək səviyyədə), ingilis dili (yüksək səviyyədə), rus dili (arzuolunan)
Kompüter bacarıqları:
- MS Office proqramları (yüksək səviyyədə)
- Statistik və ya ekonometrik - riyazi tətbiqi proqramlar (R, Python, Stata, Eviews, Matlab proqramlarından hər hansı biri üzrə orta səviyyə)