Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankı
  • 668

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Banklar

İqtisadçı

  • Deadline 11 Yanvar 2025

Struktur bölmənin adı: 

  • Tədqiqatlar departamenti \ Modelləşdirmə və proqnozlaşdırma şöbəsi

Son müraciət tarixi: 

  • 11.01.2025

Vəzifənin funksiyaları:

  • Müxtəlif statistik göstəricilərdən (ÜDM, inflyasiya, məzənnə, faiz dərəcəsi, işsizlik, büdcə, idxal-ixrac və s.) ibarət zaman sıralarının toplanılması, onların emalı və təhlili;
  • AMB-nin öz məqsəd və funksiyalarını həyata keçirməsi üçün müxtəlif təyinatlı struktur, natamam struktur və qeyri-struktur modellərin qurulması və mütəmadi təkmilləşdirilməsində iştirak;
  • Cari, qısamüddətli, ortamüddətli və uzunmüddətli dövr üzrə müxtəlif ssenarilərdə makroiqtisadi göstəricilərin proqnozlarının hazırlanmasında iştirak;
  • Pul siyasəti və maliyyə sabitliyi komitəsinin iclaslarında müzakirə üçün fərziyyə və ssenarilərin, makroiqtisadi proqnoz və gözləntilərdən ibarət təqdimatların və analitik arayışların hazırlanmasında iştirak;
  • Şöbənin fəaliyyəti üzrə prioritet mövzularda tədqiqat işlərinin aparılmasında iştirak və nəticələri barədə analitik yazıların, təqdimatların və işçi məqalələrin hazırlanmasında iştirak;
  • Tədqiqat mövzularının formalaşdırılması və tədqiqat işlərinin təkmilləşdirilməsində, daxili müzakirələrdə və elmi konfranslarda iştirak, o cümlədən tədqiqat işlərinin dərc edilməsində iştirak;
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, araşdırmaların aparılması və təkliflərin hazırlanması.

Texniki kompetensiyalar: 

  • Makroiqtisadiyyat və ekonometrika
  • Mikroiqtisadiyyat
  • Beynəlxalq iqtisadiyyat və inkişaf iqtisadiyyatı
  • Ümumi iqtisadiyyat və bankçılıq
  • Təqdimat və yazı bacarıqları

Təcrübə: 

  • Müvafiq sahə üzrə 1 il iş təcrübəsi

Təhsil: 

  • Magistr (İqtisadiyyat, ekonometrika, statistika)

Davranış kompetensiyaları: 

  • Təşəbbüskarlıq, təkmilləşməyə meyllilik, məsuliyyətlilik, stressə davamlılıq
  • Ünsiyyətqurma və komandada işləmə

Dil bacarığı: 

  • Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yaxşı səviyyədə)

Kompüter bacarıqları: 

  • MS Office proqramları (yaxşı səviyyədə)
  • Statistik və ekonometrik - riyazi tətbiqi proqramlar (Eviews, Matlab, R) orta səviyyədə 
  • Daily4
  • Weekly24
  • Monthly12