Struktur bölmənin adı - Risklərin idarə edilməsi departamenti / Maliyyə risklərinin idarə edilməsi şöbəsi
Vəzifənin funksiyaları:
- Bazar, kredit və likvidlik riskləri üzrə risk göstəricilərinin hesablanmasında dəstək vermək;
- Risk limitlərinin sistemlərdə tətbiqinə dəstək vermək;
- Risk sahəsində komplayns (uyğunluq) hesabatı hazırlanmasında dəstək vermək;
- Baş mütəxəssislərin rəhbərliyi altında risk təhlili layihələrinə töhfə vermək;
- Bazar şəraitindəki dəyişikliklər və tənzimləmə tələbləri barədə məlumatlı olmaq;
- Daxili və xarici idarəetmədə olan investisiya portfelləri üçün ex-post və ex-ante risk göstəricilərinin hesablanması üçün məlumatları toplamaq;
- Stress testi və ssenari təhlili üçün məlumatları toplamaq;
- Müxtəlif proqram mühitlərində hesabatlar tərtib etmək;
- Rəhbərliyin göstərişi əsasında məktub və sorğulara cavab hazırlamaq.
Texniki kompetensiyalar
- Risklərin idarə edilməsi (orta səviyyədə)
- Sabit gəlirli qiymətli kağızlar bazarı (orta səviyyədə)
- İnvestisiya portfelinin idarə olunması (orta səviyyədə)
- Riyazi statistika və riyazi modelləşdirmə (orta səviyyədə)
Təcrübə - Tələb olunmur
Təhsil
- Maliyyə, Riyaziyyat, Statistika, Kompüter/Sənaye/Maliyyə mühəndisliyi, Risklərin idarə edilməsi, Maliyyə iqtisadiyyatı ixtisasları üzrə ali təhsil
Dil bacarığı
- Azərbaycan dili (əla səviyyədə), İngilis dili (yüksək səviyyədə)
Kompüter bacarıqları
- VBA, Python və ya R proqramlaşdırma bacarıqları arzuolunandır
Sertifikatlar
- FRM, CFA və ya müvafiq digər sertifkatlar üzrə nailiyyətlər arzuolunandır
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.