Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankı
  • 796

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Банки

Kiçik mütəxəssis

  • Истекает 5 май 2026

Struktur bölmənin adı - Risklərin idarə edilməsi departamenti / Maliyyə risklərinin idarə edilməsi şöbəsi

Vəzifənin funksiyaları:

  • Bazar, kredit və likvidlik riskləri üzrə risk göstəricilərinin hesablanmasında dəstək vermək;
  • Risk limitlərinin sistemlərdə tətbiqinə dəstək vermək;
  • Risk sahəsində komplayns (uyğunluq) hesabatı hazırlanmasında dəstək vermək;
  • Baş mütəxəssislərin rəhbərliyi altında risk təhlili layihələrinə töhfə vermək;
  • Bazar şəraitindəki dəyişikliklər və tənzimləmə tələbləri barədə məlumatlı olmaq;
  • Daxili və xarici idarəetmədə olan investisiya portfelləri üçün ex-post və ex-ante risk göstəricilərinin hesablanması üçün məlumatları toplamaq;
  • Stress testi və ssenari təhlili üçün məlumatları toplamaq;
  • Müxtəlif proqram mühitlərində hesabatlar tərtib etmək;
  • Rəhbərliyin göstərişi əsasında məktub və sorğulara cavab hazırlamaq.

Texniki kompetensiyalar

  • Risklərin idarə edilməsi (orta səviyyədə) 
  • Sabit gəlirli qiymətli kağızlar bazarı (orta səviyyədə) 
  • İnvestisiya portfelinin idarə olunması (orta səviyyədə) 
  • Riyazi statistika və riyazi modelləşdirmə (orta səviyyədə)

Təcrübə - Tələb olunmur

Təhsil

  • Maliyyə, Riyaziyyat, Statistika, Kompüter/Sənaye/Maliyyə mühəndisliyi, Risklərin idarə edilməsi, Maliyyə iqtisadiyyatı ixtisasları üzrə ali təhsil

Dil bacarığı

  • Azərbaycan dili (əla səviyyədə), İngilis dili (yüksək səviyyədə)  

Kompüter bacarıqları

  • VBA, Python və ya R proqramlaşdırma bacarıqları arzuolunandır

Sertifikatlar 

  • FRM, CFA və ya müvafiq digər sertifkatlar üzrə nailiyyətlər arzuolunandır

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly545
  • Monthly112