Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankı
  • 491

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Банки

Maliyyə bazarlarında hesablaşmalar şöbəsinin Aparıcı mütəxəssisi/ Nağd pul və hesablaşmalar departamenti

Maliyyə bazarlarında hesablaşmalar şöbəsinin Aparıcı mütəxəssisi/ Nağd pul və hesablaşmalar departamenti

  • Истекает 17 февраль 2026

Vəzifənin funksiyaları:

  • Mərkəzi Bankın monetar əməliyyatlar və valyuta ehtiyatlarının idarə edilməsi çərçivəsində daxili və xarici maliyyə bazarlarında aparılan valyuta, depozit və qiymətli kağızlarla, repo/əks-repo əməliyyatlar üzrə hesablaşmaların həyata keçirilməsi;
  • Mərkəzi Bankın daxili və xarici maliyyə bazarlarında bağladığı valyuta, depozit, qiymətli kağızlar və repo/əks-repo əməliyyatlar üzrə əqdlərin daxili informasiya sistemində müvafiq emal mərhələlərindən keçirilməsi, əqdlərin bitmə müddətinədək  pul axınlarına nəzarət edilməsi;
  • Mərkəzi Bankın ölkədaxili və xarici maliyyə bazarlarında bağladığı valyuta, depozit, qiymətli kağızlar və repo/əks-repo əməliyyatlar üzrə əqdlərin qeydiyyata alınması, onun təsdiq edilməsi, üzləşdirilməsi, hesablaşma-öncəsi və hesablaşma-sonrası monitorinqin aparılması;
  • Mərkəzi Bankın monetar əməliyyatlar və valyuta ehtiyatlarının idarə edilməsi çərçivəsində ölkədaxili və xarici maliyyə bazarlarında aparılan törəmə maliyyə alətləri ilə əməliyyatlar üzrə hesablaşmaların həyata keçirilməsində iştirak;
  • Mərkəzi Bankın valyuta aktivlərinin idarə edilməsi ilə bağlı kastodian və broker xərcləri üzrə hesablışmaların aparılması, kastodian və broker xərcləri üzrə əməliyyatların daxili informasiya sistemlərinə ötürülməsi;
  • Mərkəzi Bankın nostro hesablarının saxlanılma və əməliyyat xərclərinin daxili informasiya sistemlərinə ötürülməsi;
  • Daxili informasiya sistemlərində Mərkəzi Bankın müxbir və əks-tərəfdaş banklara aid hesablaşma rekvizitlərinin mütəmadi olaraq yenilənməsində iştirak;
  • Beynəlxalq maliyyə təşkilatlarının kreditləri, qiymətli kağız və xüsusi təyinatlı hesabları üzrə hesablaşmaların aparılması;
  • Mərkəzi Bankda xidmət olunan müştərilərin və bankların beynəlxalq ödənişlərinin nostro hesablar vasitəsilə hesablaşmaların aparılması;
  • Mərkəzi Bankın inzibati idarəetmə xərcləri üzrə xarici kreditorlar qarşısındakı öhdəliklərinin icrası üzrə hesablaşmaların aparılması;
  • Mərkəzi Bankın nostro və kastodian hesabları vasitəsilə aparılan əməliyyatlara gündəlik nəzarət və üzləşdirmə prosedurlarının aparılması;
  • Milli Depozit Mərkəzi ilə klirinq prosesinin həyata keçirilməsi;
  • Beynəlxalq ödənişlər üzrə araşdırmaların aparılması.

Texniki kompetensiyalar:

  • Maliyyə sistemi, maliyyə bazarları və alətləri – Yüksək səviyyədə
  • Banklararası hesablaşmalar – Yüksək səviyyədə
  • Maliyyə bazarlarında hesablaşmalar – Yüksək səviyyədə
  • Sabit gəlirli qiymətli kağızlar bazarı – Orta səviyyədə
  • Mühasibat uçotu – İlkin səviyyədə

Tələblər:

  • Təhsil: Ali (İqtisadiyyat, Maliyyə, Riyaziyyat)
  • Təcrübə: Müvafiq sahə üzrə 3 il iş təcrübəsi
  • Dil bacarığı: Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yüksək səviyyədə), Rus dili (arzuolunandır)
  • Kompüter bacarıqları: MS Office proqramları (yüksək səviyyədə)

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly672
  • Monthly679