Vəzifənin funksiyaları:
- Mərkəzi Bankın monetar əməliyyatlar və valyuta ehtiyatlarının idarə edilməsi çərçivəsində daxili və xarici maliyyə bazarlarında aparılan valyuta, depozit və qiymətli kağızlarla, repo/əks-repo əməliyyatlar üzrə hesablaşmaların həyata keçirilməsi;
- Mərkəzi Bankın daxili və xarici maliyyə bazarlarında bağladığı valyuta, depozit, qiymətli kağızlar və repo/əks-repo əməliyyatlar üzrə əqdlərin daxili informasiya sistemində müvafiq emal mərhələlərindən keçirilməsi, əqdlərin bitmə müddətinədək pul axınlarına nəzarət edilməsi;
- Mərkəzi Bankın ölkədaxili və xarici maliyyə bazarlarında bağladığı valyuta, depozit, qiymətli kağızlar və repo/əks-repo əməliyyatlar üzrə əqdlərin qeydiyyata alınması, onun təsdiq edilməsi, üzləşdirilməsi, hesablaşma-öncəsi və hesablaşma-sonrası monitorinqin aparılması;
- Mərkəzi Bankın monetar əməliyyatlar və valyuta ehtiyatlarının idarə edilməsi çərçivəsində ölkədaxili və xarici maliyyə bazarlarında aparılan törəmə maliyyə alətləri ilə əməliyyatlar üzrə hesablaşmaların həyata keçirilməsində iştirak;
- Mərkəzi Bankın valyuta aktivlərinin idarə edilməsi ilə bağlı kastodian və broker xərcləri üzrə hesablışmaların aparılması, kastodian və broker xərcləri üzrə əməliyyatların daxili informasiya sistemlərinə ötürülməsi;
- Mərkəzi Bankın nostro hesablarının saxlanılma və əməliyyat xərclərinin daxili informasiya sistemlərinə ötürülməsi;
- Daxili informasiya sistemlərində Mərkəzi Bankın müxbir və əks-tərəfdaş banklara aid hesablaşma rekvizitlərinin mütəmadi olaraq yenilənməsində iştirak;
- Beynəlxalq maliyyə təşkilatlarının kreditləri, qiymətli kağız və xüsusi təyinatlı hesabları üzrə hesablaşmaların aparılması;
- Mərkəzi Bankda xidmət olunan müştərilərin və bankların beynəlxalq ödənişlərinin nostro hesablar vasitəsilə hesablaşmaların aparılması;
- Mərkəzi Bankın inzibati idarəetmə xərcləri üzrə xarici kreditorlar qarşısındakı öhdəliklərinin icrası üzrə hesablaşmaların aparılması;
- Mərkəzi Bankın nostro və kastodian hesabları vasitəsilə aparılan əməliyyatlara gündəlik nəzarət və üzləşdirmə prosedurlarının aparılması;
- Milli Depozit Mərkəzi ilə klirinq prosesinin həyata keçirilməsi;
- Beynəlxalq ödənişlər üzrə araşdırmaların aparılması.
Texniki kompetensiyalar:
- Maliyyə sistemi, maliyyə bazarları və alətləri – Yüksək səviyyədə
- Banklararası hesablaşmalar – Yüksək səviyyədə
- Maliyyə bazarlarında hesablaşmalar – Yüksək səviyyədə
- Sabit gəlirli qiymətli kağızlar bazarı – Orta səviyyədə
- Mühasibat uçotu – İlkin səviyyədə
Tələblər:
- Təhsil: Ali (İqtisadiyyat, Maliyyə, Riyaziyyat)
- Təcrübə: Müvafiq sahə üzrə 3 il iş təcrübəsi
- Dil bacarığı: Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yüksək səviyyədə), Rus dili (arzuolunandır)
- Kompüter bacarıqları: MS Office proqramları (yüksək səviyyədə)
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.