Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankı
  • 454

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Banklar

Maliyyə texnologiyaları və innovasiyalar departamenti Xüsusi tənzimləmə rejiminin təşkili şöbəsi - Böyük mütəxəssis

Maliyyə texnologiyaları və innovasiyalar departamenti Xüsusi tənzimləmə rejiminin təşkili şöbəsi - Böyük mütəxəssis

  • Deadline 11 Mart 2025

Əsas vəzifə funksiyaları:

  • Departamentin əməliyyat planına müvafiq olaraq şöbənin vəzifələrinə dair hədəflərin  yerinə yetirilməsində iştirak edir;
  • Xüsusi tənzimləmə rejimində iştirak üçün müraciətlərin baxılması və qiymətləndirilməsi prosesində iştirak edir;
  • Xüsusi tənzimləmə rejimində iştirakına razılıq verilmiş ərizəçi ilə müqavilənin bağlanması işini təşkil edir;
  • Xüsusi tənzimləmə rejimi iştirakçılarının reyestrini aparır;
  • Xüsusi tənzimləmə rejimində iştirakla bağlı müqavilədən irəli gələrək xüsusi tənzimləmə rejimi iştirakçısı tərəfindən sınağın həyata keçirilməsinə nəzarət edir;
  • Müvafiq sahə üzrə Mərkəzi Bankın aidiyyəti struktur bölmələri arasında fəaliyyətin koordinasiyasına, həmçinin fəaliyyətin effektiv təşkilinə və idarə edilməsinə nəzarət edir;
  • Xüsusi tənzimləmə rejiminin tətbiqi, fəaliyyəti və koordinasiyası üzrə bütün maraqlı tərəflərin məlumatlandırılmasını və davamlı olaraq təlimatlandırılmasını təmin edir;
  • Xüsusi tənzimləmə rejiminin tətbiq dairəsinin genişləndirilməsi, effektivliyinin artırılması məqsədilə xüsusi tənzimləmə rejiminin, habelə maliyyə bazarlarının iştirakçıları ilə mütəmadi olaraq görüşlər keçirir;
  • Qabaqcıl təcrübəyə əsasən xüsusi tənzimləmə rejiminin təkmilləşdirilməsi və müasir tələblərə uyğun şəkildə inkişaf etdirilməsi üzrə təkliflər hazırlayır;
  • Xüsusi tənzimləmə rejiminin tətbiqini və davamlı təkmilləşdirilməsi istiqamətində fəaliyyəti təmin edir;
  • Xüsusi tənzimləmə rejimi üzrə fəaliyyət barədə hesabatları hazırlayır;
  • Xüsusi tənzimləmə rejimində sınağın nəticəsi uğurlu olduğu təqdirdə sınaqdan keçmiş innovativ xidmət və məhsul üzrə normativ hüquqi aktın hazırlanması barədə təklif verir və layihənin hazırlanmasında iştirak edir;
  • İnnovativ maliyyə xidmət və məhsulların tənzimlənməsi istiqamətində normativ hüquqi aktın hazırlanması barədə təklif verir və layihənin hazırlanmasında iştirak edir;
  • Şöbənin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.

Tələb olunan biliklər və bacarıqlar:

  • Komandada işləmə
  • Stressə davamlılıq
  • Təkmilləşməyə meyllilik
  • Təşəbbüskarlıq
  • Məsuliyyətlilik
  • Ünsiyyətqurma bacarığı
  • Analitik təhlil etmə
  • Təqdimat və yazı bacarığı
  • Aidiyyəti sahə üzrə qanunvericilik bilgiləri
  • Layihələrin idarəetmə bacarığı
  • İT sahəsində texnoloji və idarəetmə standartlar üzrə biliklər

Digər:

  • Dil bilikləri - Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yüksək səviyyədə), Rus dili (arzu olunandır)
  • Təcrübə - Müvafiq sahə üzrə 3 il iş təcrübəsi
  • Təhsil - Ali təhsil (İT, Tətbiqi riyaziyyat, İdarəetmə, İqtisadiyyat, Hüquq)
  • Kompüter bacarıqları - MS Office yüksək səviyyədə, MS Project orta səviyyədə, biznes proses analizi və modelləşdirmə alətlər
  • Daily15
  • Weekly645
  • Monthly1895