Struktur bölmənin adı: Naxçıvan MR İdarəsi
Vəzifənin funksiyaları:
- Mərkəzi Bankın NMR İdarəsinin Əsasnaməsi ilə bölmənin müəyyən edilmiş funksiyalarının icrasını təmin edir və ona rəhbərlik edir;
- Bölmənin strateji və əməliyyat planlarının, habelə illik büdcə planının hazırlanmasında iştirak edir;
- Vəzifə təlimatlarında nəzərdə tutulmuş vəzifələrin bölmə əməkdaşları tərəfindən icrasını təşkil edir və müvafiq nəzarəti həyata keçirir;
- Bölmənin əməkdaşlarının motivasiyası və onlara qarşı intizam tənbeh tədbirlərinin tətbiq edilməsi barədə İdarə rəhbərliyinə təklif verir;
- Bölmə əməkdaşlarını bölmənin fəaliyyətinə dair müvafiq hüquqi aktlarla tanış edir və onların peşəkar hazırlıqlarının artırılması üçün tədbirlər görür və təkliflər verir;
- Bölmənin əməkdaşları hər hansı bir səbəbdən işdə olmadıqda onların vəzifələrinin icrasını təşkil edir;
- Bölmədə arxiv işinin aparılmasını təşkil edir və nəzarət edir;
- Səlahiyyətinə aid olan məsələlər üzrə bölməyə daxil olmuş sorğu və məktublara cavablar hazırlayır;
Texniki kompetensiyalar
- “Vətəndaşların müraciətləri haqqında” AR Qanunu üzrə biliklər – yüksək səviyyədə
- Bankla bağlı qanunvericilik bilikləri – yüksək səviyyədə
- Mülki qanunvericilik üzrə ümumi biliklər – yüksək səviyyədə
- İqtisadiyyat və maliyyə sahəsində ümumi biliklər – yüksək səviyyədə
- Təqdimat və yazı bacarığı – yüksək səviyyədə
- Təcrübə - Maliyyə sektoru və ya aidiyyəti sahədə 2 il iş təcrübəsi
- Təhsil - Ali təhsil (iqtisadiyyat, maliyyə, hüquq ixtisasları üzrə)
- Dil bacarığı - Səlis azərbaycan dili
- Kompüter bacarıqları - MS Office proqramları (xüsusilə MS Office və Excel)
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.