Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankı
  • 236

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Banklar

Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi bölməsi/ Bölmə rəhbəri

Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi bölməsi/ Bölmə rəhbəri

  • Deadline 9 Mart 2026

Struktur bölmənin adı: Naxçıvan MR İdarəsi

Vəzifənin funksiyaları:

  • Mərkəzi Bankın NMR İdarəsinin Əsasnaməsi ilə bölmənin müəyyən edilmiş funksiyalarının icrasını təmin edir və ona rəhbərlik edir;  
  • Bölmənin strateji və əməliyyat planlarının, habelə illik büdcə planının hazırlanmasında iştirak edir;
  • Vəzifə təlimatlarında nəzərdə tutulmuş vəzifələrin bölmə əməkdaşları tərəfindən icrasını təşkil edir və müvafiq nəzarəti həyata keçirir;
  • Bölmənin əməkdaşlarının motivasiyası və onlara qarşı intizam tənbeh tədbirlərinin tətbiq edilməsi barədə İdarə rəhbərliyinə təklif verir;  
  • Bölmə əməkdaşlarını bölmənin fəaliyyətinə dair müvafiq hüquqi aktlarla tanış edir və onların peşəkar hazırlıqlarının artırılması üçün tədbirlər görür və təkliflər verir; 
  • Bölmənin əməkdaşları hər hansı bir səbəbdən işdə olmadıqda onların vəzifələrinin icrasını təşkil edir;
  • Bölmədə arxiv işinin aparılmasını təşkil edir və nəzarət edir; 
  • Səlahiyyətinə aid olan məsələlər üzrə bölməyə daxil olmuş sorğu və məktublara cavablar hazırlayır; 

Texniki kompetensiyalar    

  • “Vətəndaşların müraciətləri haqqında” AR Qanunu üzrə biliklər – yüksək səviyyədə
  • Bankla bağlı qanunvericilik bilikləri – yüksək səviyyədə
  • Mülki qanunvericilik üzrə ümumi biliklər – yüksək səviyyədə
  • İqtisadiyyat və maliyyə sahəsində ümumi biliklər – yüksək səviyyədə
  • Təqdimat və yazı bacarığı – yüksək səviyyədə
  • Təcrübə - Maliyyə sektoru və ya aidiyyəti sahədə 2 il iş təcrübəsi
  • Təhsil - Ali təhsil (iqtisadiyyat, maliyyə, hüquq ixtisasları üzrə)      
  • Dil bacarığı - Səlis azərbaycan dili  
  • Kompüter bacarıqları - MS Office proqramları (xüsusilə MS Office və Excel)

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily113
  • Weekly371
  • Monthly2261