Struktur bölmənin adı
- Sığorta fəaliyyətinə nəzarət departamenti \ Sığortaçıların maliyyə dayanıqlığına nəzarət şöbəsi
Vəzifənin funksiyaları:
- Təqdim edilmiş hesabatlar üzrə sığorta ehtiyatlarının formalaşdırılmasının düzgünlüyünə, həmçinin sığorta tariflərinin hesablanmasına nəzarət edir;
- Təsdiq olunmuş yoxlama qrafikinə uyğun olaraq sığortaçılarda və təkrarsığortaçılarda səyyar yoxlamalarda iştirak edir;
- Sığortaçılar və təkrarsığortaçılar tərəfindən təqdim edilən maliyyə hesabatları və fəaliyyətləri ilə bağlı hesabatları toplayır, təhlil edir və digər nəzarət məlumatları da nəzərə alınmaqla sığortaçıların və təkrarsığortaçıların qanunvericiliyin və normativ xarakterli aktların tələblərinə riayət etməsinə nəzarət edir;
- Nəzarətin optimallaşdırılması baxımından prudensial normativlərin, tələblərin və hesabatların təkmilləşdirilməsində təkliflər verir;
- Sığortaçı və ya təkrarsığortaçı tərəfindən təqdim edilmiş aktuar hesabatlar üzrə, o cümlədən , tələb olunan kapitalın məbləğinin, məcmu kapitalın məbləğinin, sığortaçının öz vəsaitinin məbləğinin, zərərlilik dərəcəsi və sığorta və ya təkrarsığorta müqavilələri üzrə şəxsi tutumun formalaşdırlmasının düzgünlüyünə nəzarət edir;
- Sığortaçı və ya təkrarsığortaçı tərəfindən təqdim edilmiş aktuar hesabatları və maliyyə hesabatları arasında müvafiq göstəricilərin eyniliyinin yoxlanılmasına nəzarət edir;
- Sığortaçılara və təkrarsığortaçılara müvafiq göstərişlər və tapşırıqların verilməsi, habelə daxili nəzarətin nəticələrinə əsasən sığorta qanunvericiliyində nəzərdə tutulmuş nəzarət və sanksiya tədbirlərinin tətbiq edilməsi barədə departament rəhbərliyinə təkliflər hazırlayır;
Texniki kompetensiyalar
- Risklərin idarə olunması üzrə biliklər (ilkin səviyyədə)
- Maliyyə üzrə biliklər (orta səviyyədə)
- Ümumi iqtisadiyyat və bankçılıq üzrə biliklər (orta səviyyədə)
- Sığorta, statistika, ekonometrika (orta səviyyədə)
Təcrübə
- Müvafiq sahədə (Aktuari, Maliyyə və İqtisadiyyat) 1 il
Təhsil
- Ali təhsil (iqtisadiyyat/maliyyə/riyaziyyat)
Dil bacarığı
- Azərbaycan dili (əla səviyyədə), İngilis dil (orta səviyyədə)
Kompüter bacarıqları
- MS Office proqramları (orta səviyyədə)