Struktur bölmənin adı: Bazar davranışlarının tənzimlənməsi departamenti \ Bazar davranışlarına nəzarətin metodologiyası şöbəsi
Son müraciət tarixi: 12.03.2025
Vəzifənin funksiyaları:
- Bazar davranışlarının tənzimləmə və nəzarət sahələri üzrə qabaqcıl beynəlxalq təcrübənin və standartların tətbiqi imkanlarını qiymətləndirir;
- Mərkəzi Bankın bazar davranışlarının tənzimləmə və nəzarət siyasətinə, ayrı-ayrı nəzarət sahələri üzrə qabaqcıl beynəlxalq təcrübənin və standartların uyğun olaraq nəzarət subyektlərinin fəaliyyətinin tənzimlənməsinə və nəzarətin təşkilinə dair normati-metodoloji bazanı hazırlayır, mövcud bazanı təkmilləşdirir;
- Maliyyə xidmətləri bazarının iştirakçılarının fəaliyyətini tənzimləyən normativ hüquqi aktların hazırlanmasında iştirak edir;
- Bazar davranışları normativlərinin və tələblərin tətbiqi, habelə səlahiyyətlərinə aid digər məsələlər üzrə nəzarət subyektlərinə, həmçinin Mərkəzi Bankın nəzarət əməkdaşlarına və digər aidiyyəti struktur bölmələrə metodoloji dəstək göstərir;
- Maliyyə sektoru istehlakçıları və investorların inamını artırmaq üçün hüquqi pozuntular zamanı məsuliyyət tədbirlərinin müəyyənləşdirilməsi ilə əlaqədar təkliflər hazırlayır.
Texniki kompetensiyalar
- Maliyyə bazarlarını tənzimləyən qanunvericilik bilikəri (orta səviyyədə)
- Maliyyə məhsulu və xidmətlərin analizi (orta səviyyədə)
- Normayaratma üzrə biliklər (ilkin səviyyədə)
Təcrübə
- Bank və ya sığorta sahəsində 2 il
Təhsil
- Ali təhsil (iqtisadiyyat/maliyyə/ /biznesin idarəedilməsi)
Dil bacarığı
- Azərbaycan dili (əla səviyyədə), İngilis dil (yüksək səviyyədə)
Kompüter bacarıqları
- MS Office proqramları (yaxşı səviyyədə)