Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankı
  • 565

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Banklar

Mütəxəssis (İR məlumat bazası üzrə analitik)

Mütəxəssis (İR məlumat bazası üzrə analitik)

  • Deadline 16 Fevral 2026

Struktur bölmənin adı

  • İnsan resursları departamenti / Əmək münasibətlərinin idarə edilməsi şöbəsi

Vəzifənin funksiyaları:

  • Departamentin əməliyyat planına uyğun olaraq şöbənin vəzifələrinə dair hədəflərin  yerinə yetirilməsində iştirak edir; 
  • İnsan resurslarında müxtəlif sahələr üzrə məlumatların analitik təhlilini həyata keçirir: əmək qüvvəsinin planlaşdırılması, işə qəbul, məşğulluq, insan kapitalının inkişafı və işə bağlılıq, kompensasiya və imtiyazlar, informasiya məlumat bazası və s.  
  • Məlumatları müasir tendensiyalar və modellərə uyğun təhlil edir;
  • İR üzrə meyarları hazırlayır, İR komandası üçün məlumat əsaslı əsas fəaliyyat indikatorları üzrə təkliflər verir;
  • Mərkəzi Bank daxili və bankdan kənar məlumat bazasının toplanılması üzrə araşdırma aparır və departamentin rəhbərliyi üçün təkliflər hazırlayır;
  • Məlumatların düzgünlüyünü və doğruluğunu təmin etmək məqsədilə insan resursları üzrə məlumat bazasını, sistemləri, hesabat vasitələrini işləyib hazırlayır və dəstəkləməsini həyata keçirir;   
  • Rəhbərlik üçün İR sahəsi üzrə standard və fərdi hesabatalar (aylıq, rüblük, illik və s.) və təqdimatlar hazırlayır və təqdim edir;  
  • İR üzrə prosesləri izləyir və effektiv ölçülməsi üçün məlumat bazası hazırlayır.
  • Əmək haqqı, imtiyazlar və kompensasiyalar üzrə sorğuların keçirilməsini və bazar araşdırmalarının aparılmasını həyata keçirir;
  • İR üzrə müxtəlif layihələrdə iştirak edir və dəstək olur (məsələn: işçilərin bağlılığı üzrə sorğu, işə qəbul kompaniyası və s.)
  • Risklərin idarə edilməsi ilə əlaqədar hesabatların hazırlanmasında iştirak edir;
  • İnsan resursları üzrə hesabatlılıq bazasının yenilənməsində yaxında iştirak edir;
  • İnsan resursları üzrə funksiyaların avtomatlaşdırılması ilə bağlı təkliflər verir;
  • Məlumatların məxfiliyinin qorunması qaydalarına və ən yaxşı təcrübəyə uyğunluğunu təmin edir;
  • İR rəhbərliyinə   departamentin büdcəsini hazırlamağa kömək edir. 

Texniki kompetensiyalar

  • Əmək Qanunvericiliyi 
  • Datanın idarə olunması 
  • Analiz etmə qabiliyyəti 
  • Qərar qəbul etmək qabiliyyəti 
  • Planlama və prioritetləşdirmə

Təcrübə

  • Müvafiq sahədə minimal 1 il təcrübəsi tələb olunur.

Təhsil

  • Ali təhsil tələb olunur.

Dil bacarığı

  • Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yüksək səviyyədə), Rus dili (arzu olunandır) tələb olunur.

Kompüter bacarıqları

  • MS Office yüksək səviyyədə, Power BI yaxşı səviyyədə, Tableau bilikləri üstünlükdür.

Sertifikatlar

  • CIPD sertifikatı/diplomu və ya SHRM-CP/SHRM-SCP bir üstünlükdür. 

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily69
  • Weekly349
  • Monthly356