Vəzifənin funksiyaları:
- Ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə mübahisəli məsələlərin "Dispute managament" modulunda həlli;
- “Chargeback” funksionallığının idarəedilməsi;
- Sistemdə interchange tariflərinin və xidmət haqqlarının tətbiq edilməsi (setting)
- Banklararası xidmət haqqlarının müəyyən edilməsi üzrə təkliflərin hazırlanmasında iştirak;
- Yeni iştirakçıların qoşulması ilə əlaqədar rəsmiləşdirmə işlərinin həyata keçirilməsi;
- Tətbiq olunan proqram təminatlarının monitorinqi və problem olduqda ilkin tədbirlərin görülməsi;
- Sistemlərin yeni versiyalarının test rejimində sınaqdan keçirilməsi;
- İcraçı şirkət tərəfindən təqdim olunan müvafiq sənədlərə uyğun olaraq sistemlərin dəstəklənməsi;
- Ölkə daxili kart ödənişlərinin effektivliyinin artırılması üzrə təkliflərin hazırlanmasında iştirak;
- Beynəlxalq Kart Təşkilatları tərəfindən təqdim edilən yenliklərin ölkədə daxili əməliyyatlarda tətbiqi üzrə təkliflərin hazırlanması;
- Sistemin fəaliyyəti üzrə hesabatların hazırlanması;
- Həyata keçirilən layihələrin icrasında aktiv iştirak;
- Şöbəyə daxil olan məktubların cavablandırılması;
- Departamentin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqların yerinə yetirilməsi.
Kompetensiyalar
- Davranış kompetensiyalar
- Analitik təhlil etmə
- Araşdırma aparma
- Komandada işləmə
- Məsuliyyətlilik
- Stressə davamlılıq
- Təkmilləşməyə meyllilik
- Təşəbbüskarlıq
- Ünsiyyətqurma bacarığı
Texniki kompetensiyalar
- Ödəniş kartlarının emissiyası, ödəniş kartları ilə əməliyyatların aparılması - Yüksək səviyyədə
- Beynəlxalq kart təşkilatları tərəfindən tətbiq olunan “chargeback” funksionallığının fəaliyyəti və arbitraj proseduru - Yüksək səviyyədə
- Prosessinq təşkilatlarının fəaliyyəti və onlar arasında qarşılıqlı fəaliyyət - Yüksək səviyyədə
- Ödəniş sistemləri, nağdsız hesablaşmalar və alətləri üzrə baza bilikləri - İlkin səviyyədə
Təcrübə - Ödəniş sahəsi üzrə 2 il
Təhsil
- İqtisadi
- Maliyyə
- İnformasiya texnologiyaları
Dil bacarığı
- Azərbaycan dili - Yüksək səviyyədə
- Rus dili - Yaxşı səviyyədə
- İngilis dili - Yaxşı səviyyədə
Kompüter bacarıqları
- MS Office proqramları - Yaxşı səviyyədə
- SQL - Yaxşı səviyyədə
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.