Əsas vəzifə funksiyaları:
- Nağdsız ödəniş sistemlərinin performansını artırmaq üçün təkliflər verir;
- Nağdsız ödəniş sistemlərində mümkün fırıldaqçılıq hallarının aşkarlanması üçün risk indikatorlarını təhlili əsasında qabaqlayıcı tədbirlər hazırlayır;
- Fırıldaqçılığın qarşısını almaq üçün avtomatik monitorinq və xəbərdarlıq sistemlərinin tətbiq edilməsi, müntəzəm olaraq yenilənməsi və təkmilləşdirilməsini həyata keçirir;
- Fırıldaqçılıq hallarının araşdırılması və analiz edilməsi üçün hüquq-mühafizə orqanları ilə koordinasiyanı təmin edir;
- Nağdsız ödənişlərdə fırıldaqçılığa qarşı mübarəzinin inkişaf istiqamətlərini müəyyən edir, bu istiqamətdə layihələrin icrasını və koordinasiyasını həyata keçirir;
- Nağdsız ödənişlərdə fırıldaqçılıq hallarına qarşı mübarizə sahəsində yenilikləri izləyir, bu yeniliklərin ödəniş xidməti təchizatçılarında tətbiqi imkanlarını müəyyən edir və müvafiq təkliflər hazırlayır;
- Nağdsız ödənişlərdə fırıldaqçılıq hallarına qarşı mübarizə fəaliyyəti üzrə normativ-metodoloji sənədlərin hazırlanması, o cümlədən mövcud normativ-hüquqi sənədlərin təkmilləşdirilməsi ilə bağlı fəaliyyəti həyata keçirir;
- Nağdsız ödənişlərdə fırıldaqçılıq halları ilə əlaqədar hesabatlılıq tələblərinin və standartlarının formalaşdırılması və təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsini təmin edir;
- Ödəniş xidməti istifadəçilərinin qarşılaşdıqları fırıldaqçılıq halları ilə bağlı daxil olmuş şikayətlərinin araşdırılması, insidentin baş vermə səbəblərinin müəyyən edilməsi, mövcud qanunvericilik tələblərinə, o cümlədən normativ xarakterli aktlara və icrası məcburi göstərişlərə uyğunluğun yoxlanılmasını həyata keçirir;
- Nəzarət çərçivəsində müəyyən edilmiş nöqsan və çatışmazlıqlarla bağlı qanunvericiliyə uyğun olaraq təşkilatlara icrası məcburi olan göstərişlərin verilməsi, habelə təsir və təshih tədbirlərinin göstərilməsinə dair təkliflər hazırlayır;
- Nəzarət subyektlərində rəqəmsal dələduzluq hallarına qarşı mübarizə tədbirlərinin təmin edilməsinə dair minimum tələbləri müvafiq struktur bölmələrlə birgə formalaşdırır;
- Fırıldaqçılıq hallarının qarşısının alınması istiqamətində ödəniş xidməti təchizatçılarına tövsiyyələrin verilməsini həyata keçirir;
- Ödəniş xidməti təchizatçılarında baş verən rəqəmsal dələduzluq hallarının qarşısının alınması istiqamətində aidiyyatı qurumlarla birgə tədbirlər həyata keçirir;
- Baş vermiş fırıldaqçılıq insidentləri barədə rəhbərliyin, həmçinin əlaqədar tərəflərin məlumatlandırılması müvafiq hesabatların hazırlanması, təqdim edilməsi və insidentlərin qarşısının alınması üzrə fəaliyyət koordinasiyasını təmin edir;
- Nəzarət subyektləri ilə birgə rəqəmsal ödənişlərdə fırıldaqçılığa qarşı mübarizə komitəsinin fəaliyyətini təşkil edir, ölkə üzrə dələduzluq trendlərinin zamanında aşkarlanması və qarşısının alınması ilə bağlı icrası məcburi göstərişlər üzrə təklifləri hazırlayır;
- Ödəniş xidməti təchizatçılarında rəqəmsal ödənişlərdə fırıldaqçılıq hallarına qarşı mübarizə sistemlərinin texnoloji tələblərə və beynəlxalq qəbul edilmiş standartlara uyğunluğunun, o cümlədən mübarizə tədbirlərinin dürüst həyata keçirilməsi mexanizmlərinə sahibliyinin qiymətləndirilməsini həyata keçirir, müzakirələr təşkil edir və hesabatlar hazırlayır;
- Müxtəlif müştəri qruplarını müəyyənləşdirir və onların ödəniş davranışlarını təhlil edərək xidmət keyfiyyətinin artırılması ilə bağlı təkliflər hazırlayır;
- Nağdsız ödənişlər üzrə müntəzəm analitik hesabatlar hazırlayır;
Tələb olunan biliklər:
- Təqdimat və yazı bacarığı
- Aidiyyəti sahə üzrə qanunvericilik bilgiləri
- Layihələrin idarəetmə bacarığı
- İT sahəsində texnoloji və idarəetmə standartlar üzrə biliklər
Tələblər:
- Təcrübə - Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi
- Təhsil - Ali təhsil (İT, İdarəetmə, İqtisadiyyat)
- Dil bacarığı - Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yüksək səviyyədə), Rus dili (yaxşı səviyyədə)
- Kompüter bacarığları - MS Office yüksək səviyyədə, MS Project orta səviyyədə, biznes proses analizi və modelləşdirmə alətləri