Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankı
  • 362

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Banklar

Ödəniş sistemləri və məhsulların inkişafı departamenti \ Nağdsız ödənişlərin təhlili şöbəsi \ Şöbə rəisi

Ödəniş sistemləri və məhsulların inkişafı departamenti \ Nağdsız ödənişlərin təhlili şöbəsi \ Şöbə rəisi

  • Deadline 8 Aprel 2025

Əsas vəzifə funksiyaları:

  • Nağdsız ödəniş sistemlərinin performansını artırmaq üçün təkliflər verir;
  • Nağdsız ödəniş sistemlərində mümkün fırıldaqçılıq hallarının aşkarlanması üçün risk indikatorlarını təhlili əsasında qabaqlayıcı tədbirlər hazırlayır;
  • Fırıldaqçılığın qarşısını almaq üçün avtomatik monitorinq və xəbərdarlıq sistemlərinin tətbiq edilməsi, müntəzəm olaraq yenilənməsi və təkmilləşdirilməsini həyata keçirir;
  • Fırıldaqçılıq hallarının araşdırılması və analiz edilməsi üçün hüquq-mühafizə orqanları ilə koordinasiyanı təmin edir;
  • Nağdsız ödənişlərdə fırıldaqçılığa qarşı mübarəzinin inkişaf istiqamətlərini müəyyən edir, bu istiqamətdə layihələrin icrasını və koordinasiyasını həyata keçirir;
  • Nağdsız ödənişlərdə fırıldaqçılıq hallarına qarşı mübarizə sahəsində yenilikləri izləyir, bu yeniliklərin ödəniş xidməti təchizatçılarında tətbiqi imkanlarını müəyyən edir və müvafiq təkliflər hazırlayır;
  • Nağdsız ödənişlərdə fırıldaqçılıq hallarına qarşı mübarizə fəaliyyəti üzrə normativ-metodoloji sənədlərin hazırlanması, o cümlədən mövcud normativ-hüquqi sənədlərin təkmilləşdirilməsi ilə bağlı fəaliyyəti həyata keçirir;
  • Nağdsız ödənişlərdə fırıldaqçılıq halları ilə əlaqədar hesabatlılıq tələblərinin və standartlarının formalaşdırılması və təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsini təmin edir;
  • Ödəniş xidməti istifadəçilərinin qarşılaşdıqları fırıldaqçılıq halları ilə bağlı daxil olmuş şikayətlərinin araşdırılması, insidentin baş vermə səbəblərinin müəyyən edilməsi, mövcud qanunvericilik tələblərinə, o cümlədən normativ xarakterli aktlara və icrası məcburi göstərişlərə uyğunluğun yoxlanılmasını həyata keçirir;
  • Nəzarət çərçivəsində müəyyən edilmiş nöqsan və çatışmazlıqlarla bağlı qanunvericiliyə uyğun olaraq təşkilatlara icrası məcburi olan göstərişlərin verilməsi, habelə təsir və təshih tədbirlərinin göstərilməsinə dair təkliflər hazırlayır;
  • Nəzarət subyektlərində rəqəmsal dələduzluq hallarına qarşı mübarizə tədbirlərinin təmin edilməsinə dair minimum tələbləri müvafiq struktur bölmələrlə birgə formalaşdırır;
  • Fırıldaqçılıq hallarının qarşısının alınması istiqamətində ödəniş xidməti təchizatçılarına tövsiyyələrin verilməsini həyata keçirir;
  • Ödəniş xidməti təchizatçılarında baş verən rəqəmsal dələduzluq hallarının qarşısının alınması istiqamətində aidiyyatı qurumlarla birgə tədbirlər həyata keçirir;
  • Baş vermiş fırıldaqçılıq insidentləri barədə rəhbərliyin, həmçinin əlaqədar tərəflərin məlumatlandırılması müvafiq hesabatların hazırlanması, təqdim edilməsi və insidentlərin qarşısının alınması üzrə fəaliyyət koordinasiyasını təmin edir;
  • Nəzarət subyektləri ilə birgə rəqəmsal ödənişlərdə fırıldaqçılığa qarşı mübarizə komitəsinin fəaliyyətini təşkil edir, ölkə üzrə dələduzluq trendlərinin zamanında aşkarlanması və qarşısının alınması ilə bağlı icrası məcburi göstərişlər üzrə təklifləri hazırlayır;
  • Ödəniş xidməti təchizatçılarında rəqəmsal ödənişlərdə fırıldaqçılıq hallarına qarşı mübarizə sistemlərinin texnoloji tələblərə və beynəlxalq qəbul edilmiş standartlara uyğunluğunun, o cümlədən mübarizə tədbirlərinin dürüst həyata keçirilməsi mexanizmlərinə sahibliyinin qiymətləndirilməsini həyata keçirir, müzakirələr təşkil edir və hesabatlar hazırlayır;
  • Müxtəlif müştəri qruplarını müəyyənləşdirir və onların ödəniş davranışlarını təhlil edərək xidmət keyfiyyətinin artırılması ilə bağlı təkliflər hazırlayır;
  • Nağdsız ödənişlər üzrə müntəzəm analitik hesabatlar hazırlayır;

Tələb olunan biliklər:

  • Təqdimat və yazı bacarığı
  • Aidiyyəti sahə üzrə qanunvericilik bilgiləri
  • Layihələrin idarəetmə bacarığı
  • İT sahəsində texnoloji və idarəetmə standartlar üzrə biliklər

Tələblər:

  • Təcrübə - Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi
  • Təhsil - Ali təhsil (İT, İdarəetmə, İqtisadiyyat)
  • Dil bacarığı - Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yüksək səviyyədə), Rus dili (yaxşı səviyyədə)
  • Kompüter bacarığları - MS Office yüksək səviyyədə, MS Project orta səviyyədə, biznes proses analizi və modelləşdirmə alətləri
  • Daily0
  • Weekly415
  • Monthly1608