Əsas vəzifə funksiyaları:
- Ödəniş sistemlərinin sabitliyini qorumaq üçün qabaqlayıcı texniki baxışlar, avtomatik testlər və optimallaşdırma alqoritmlərinin tətbiqi üzrə təkliflərin hazırlanmasında iştirak edir və aidiyyəti struktur bölmələrlə birlikdə icrasına dəstək olur;
- Kritik hadisələr zamanı fasiləsiz ödənişlərin təmin olunması üçün ehtiyat (disaster recovery) planlarına və ssenarilərinə rəy bildirir;
- Bazar tələbləri və ehtiyacları, eləcə də faydalı ola biləcək məhsulları ilə bağlı araşdırma və təhlil nəticələri müzakirəyə təqdim edir;
- Qlobal bazarda təklif olunan ödəniş həlləri və məhsullarının təhlili, yeni və fərqli məhsul ideyalarını yaradır;
- Nağdsız ödənişlərin stimullaşdırılması və əhatə dairəsinin genişləndirilməsi üçün təbliğat (rəqəmsal reklamlar, TV reklamları, sosial media reklamları və s.) işlərini həyata keçirir;
- Yeni məhsul və ya xidmət ideyalarını ilkin mərhələdə pilot rejimində yoxlayır;
- Nağdsız ödənişlərin inkişafı üzrə kredit və debet kartları, rəqəmsal cüzdanlar, elektron kommersiya, QR kod və s. ödənişlər üçün funksionallıqlar yaradır və inkişaf etdirir;
- Müvafiq sahədə yeni tendensiyaları və qlobal inkişafı izləyir və yenilikləri tətbiq edir;
- Ödəniş sistemlərinin inkişafı üzrə qlobal məhsullar ilə müqayisədə əlavə üstünlüklər təmin etmək üçün yeni xüsusiyyətlər və funksiyalar təklif edir;
- Ödəniş məhsullarını dəyişən bazar tələbləri və texnoloji yeniliklərə uyğunlaşdırmaq üçün təkliflər verir;
- Yeni məhsulların və həllərin hazırlanması üçün müvafiq struktur bölmələr və təchizatçılarla birlikdə aidiyyəti işləri görür;
- İstifadəçilərdən nağdsız ödəniş təcrübələrinə dair toplanmış rəylərin məhsul və xidmətlərin inkişafında istifadə edilməsi ilə bağlı təkliflər verir;
- Bazar iştirakçıları ilə məhsul xüsusiyyətlərinin və funksiyalarının fərqli versiyalarını sınaqdan keçirir və müştəri reaksiyalarına görə ən yaxşı nəticə verən variantlar barədə hesabat hazırlayır;
- Müasir Məhsul Sahibliyi yanaşmasını təşkilatda sistematik tətbiq edilməsini təmin edir;
- Mərkəzi Bankın strateji hədəflərini və məhsulun razılaşdırılmış hədəflərini nəzərə alaraq prioritetləşdirməni təmin edir;
- Strateji Məhsul yol xəritəsinin hazırlanması və davamlı təkmilləşdirilməsi və bütün strukturlarla razılaşdırır;
- Şöbənin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.
Tələb olunan biliklər:
- Təqdimat və yazı bacarığı
- Aidiyyəti sahə üzrə qanunvericilik bilgiləri
- Layihələrin idarəetmə bacarığı
- İT sahəsində texnoloji və idarəetmə standartlar üzrə biliklər
Tələblər:
- Təcrübə - Müvafiq sahə üzrə 3 il iş təcrübəsi
- Təhsil - Ali təhsil (İT, İdarəetmə, İqtisadiyyat)
- Dil bacarığı - Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yüksək səviyyədə), Rus dili (yaxşı səviyyədə)
- Kompüter bacarığları - MS Office yüksək səviyyədə, MS Project yüksək səviyyədə, Jira, biznes proses analizi və modelləşdirmə alətləri
- Sertifikatlar - PMP, PSPO, CSPO, PgMP və bənzər