Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankı
  • 435

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Banklar

Ödəniş sistemləri və məhsulların inkişafı departamenti \ Ödəniş məhsullarının yaradılması və inkişafı şöbəsi \ Şöbə rəisi

Ödəniş sistemləri və məhsulların inkişafı departamenti \ Ödəniş məhsullarının yaradılması və inkişafı şöbəsi \ Şöbə rəisi

  • Deadline 8 Aprel 2025

Əsas vəzifə funksiyaları:

  • Ödəniş sistemlərinin sabitliyini qorumaq üçün qabaqlayıcı texniki baxışlar, avtomatik testlər və optimallaşdırma alqoritmlərinin tətbiqi üzrə təkliflərin hazırlanmasında iştirak edir və aidiyyəti struktur bölmələrlə birlikdə icrasına dəstək olur;
  • Kritik hadisələr zamanı fasiləsiz ödənişlərin təmin olunması üçün ehtiyat (disaster recovery) planlarına və ssenarilərinə rəy bildirir;
  • Bazar tələbləri və ehtiyacları, eləcə də faydalı ola biləcək məhsulları ilə bağlı araşdırma və təhlil nəticələri müzakirəyə təqdim edir;
  • Qlobal bazarda təklif olunan ödəniş həlləri və məhsullarının təhlili, yeni və fərqli məhsul ideyalarını yaradır;
  • Nağdsız ödənişlərin stimullaşdırılması və əhatə dairəsinin genişləndirilməsi üçün təbliğat (rəqəmsal reklamlar, TV reklamları, sosial media reklamları və s.) işlərini həyata keçirir;
  • Yeni məhsul və ya xidmət ideyalarını ilkin mərhələdə pilot rejimində yoxlayır;
  • Nağdsız ödənişlərin inkişafı üzrə kredit və debet kartları, rəqəmsal cüzdanlar, elektron kommersiya, QR kod və s. ödənişlər üçün funksionallıqlar yaradır və inkişaf etdirir;
  • Müvafiq sahədə yeni tendensiyaları və qlobal inkişafı izləyir və yenilikləri tətbiq edir;
  • Ödəniş sistemlərinin inkişafı üzrə qlobal məhsullar ilə müqayisədə əlavə üstünlüklər təmin etmək üçün yeni xüsusiyyətlər və funksiyalar təklif edir;
  • Ödəniş məhsullarını dəyişən bazar tələbləri və texnoloji yeniliklərə uyğunlaşdırmaq üçün təkliflər verir;
  • Yeni məhsulların və həllərin hazırlanması üçün müvafiq struktur bölmələr və təchizatçılarla birlikdə aidiyyəti işləri görür;
  • İstifadəçilərdən nağdsız ödəniş təcrübələrinə dair toplanmış rəylərin məhsul və xidmətlərin inkişafında istifadə edilməsi ilə bağlı təkliflər verir;
  • Bazar iştirakçıları ilə məhsul xüsusiyyətlərinin və funksiyalarının fərqli versiyalarını sınaqdan keçirir və müştəri reaksiyalarına görə ən yaxşı nəticə verən variantlar barədə hesabat hazırlayır;
  • Müasir Məhsul Sahibliyi yanaşmasını təşkilatda sistematik tətbiq edilməsini təmin edir;
  • Mərkəzi Bankın strateji hədəflərini və məhsulun razılaşdırılmış hədəflərini nəzərə alaraq prioritetləşdirməni təmin edir;
  • Strateji Məhsul yol xəritəsinin hazırlanması və davamlı təkmilləşdirilməsi və bütün strukturlarla razılaşdırır;
  • Şöbənin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.

Tələb olunan biliklər:

  • Təqdimat və yazı bacarığı
  • Aidiyyəti sahə üzrə qanunvericilik bilgiləri
  • Layihələrin idarəetmə bacarığı
  • İT sahəsində texnoloji və idarəetmə standartlar üzrə biliklər

Tələblər:

  • Təcrübə - Müvafiq sahə üzrə 3 il iş təcrübəsi
  • Təhsil - Ali təhsil (İT, İdarəetmə, İqtisadiyyat)
  • Dil bacarığı - Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yüksək səviyyədə), Rus dili (yaxşı səviyyədə)
  • Kompüter bacarığları - MS Office yüksək səviyyədə, MS Project yüksək səviyyədə, Jira, biznes proses analizi və modelləşdirmə alətləri
  • Sertifikatlar - PMP, PSPO, CSPO, PgMP və bənzər
  • Daily8
  • Weekly416
  • Monthly1609