Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankı
  • 391

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Banklar

Ödəniş sistemləri və məhsulların inkişafı departamenti \ Ödəniş məhsullarının yaradılması və inkişafı şöbəsinin Aparıcı mütəxəssisi

Ödəniş sistemləri və məhsulların inkişafı departamenti \ Ödəniş məhsullarının yaradılması və inkişafı şöbəsinin Aparıcı mütəxəssisi

  • Deadline 8 Aprel 2025

Əsas vəzifə funksiyaları:

  • Fasiləsiz ödəniş xidmətlərinin təmin edilməsi üçün texniki dəstək komandaları ilə əməkdaşlıq edir və potensial nasazlıqların operativ aradan qaldırılması üzrə tədbirlər görür;
  • Bazar tələbləri və ehtiyacları, eləcə də faydalı ola biləcək məhsulları ilə bağlı araşdırma və təhlillər aparır;
  • Qlobal bazarda təklif olunan ödəniş həlləri və məhsullarının təhlili, yeni və fərqli məhsul ideyalarını yaradır;  
  • İstifadəçilərdən rəylər toplayır, onların ehtiyaclarına və problemlərinə əsaslanaraq məhsulları təkmilləşdirir;
  • Yeni məhsul və ya xidmət ideyalarını ilkin mərhələdə pilot rejimində yoxlayır;
  • Müvafiq sahədə yeni tendensiyaları və qlobal inkişafı izləyir və yenilikləri tətbiq edir;
  • Ödəniş sistemlərinin inkişafı üzrə qlobal məhsullar ilə müqayisədə əlavə üstünlüklər təmin etmək üçün yeni xüsusiyyətlər və funksiyalar təklif edir;
  • Ödəniş məhsullarını dəyişən bazar tələbləri və texnoloji yeniliklərə uyğunlaşdırmaq üçün təkliflər verir;
  • Yeni məhsulların və həllərin hazırlanması üçün müvafiq struktur bölmələr və təchizatçılarla birlikdə aidiyyəti işləri görür;
  • Ödəniş təşkilatları və elektron pul təşkilatlarının nağdsız ödənişlərə olan marağını, istifadə vərdişlərini və onların ehtiyaclarını təhlil etmək üçün bazar araşdırmaları aparır;
  • İstifadəçilərdən nağdsız ödəniş təcrübələrinə dair rəylər toplayır və bu rəylərin məhsul və xidmətlərin inkişafında istifadə edilməsi ilə bağlı təkliflər verir;
  • Şöbənin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.

Tələb olunan biliklər:

  • Təqdimat və yazı bacarığı
  • Aidiyyəti sahə üzrə qanunvericilik bilgiləri
  • Layihələrin idarəetmə bacarığı
  • İT sahəsində texnoloji və idarəetmə standartlar üzrə biliklər

Tələblər:

  • Təcrübə - Müvafiq sahə üzrə 2 il iş təcrübəsi
  • Təhsil - Ali təhsil (İT, İdarəetmə, İqtisadiyyat)
  • Dil bacarığı - Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yaxşı səviyyədə), Rus dili (orta səviyyədə)
  • Kompüter bacarığları - MS Office yüksək səviyyədə, MS Project orta səviyyədə, biznes proses analizi və modelləşdirmə alətləri
  • Sertifikatlar - PMI-ACP, PSM, PAL-E və bənzər
  • Daily0
  • Weekly415
  • Monthly1608