Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankı
  • 460

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Banks

Ödəniş sistemləri və məhsulların inkişafı departamenti \ Ödəniş məhsullarının yaradılması və inkişafı şöbəsinin Böyük mütəxəssisi

Ödəniş sistemləri və məhsulların inkişafı departamenti \ Ödəniş məhsullarının yaradılması və inkişafı şöbəsinin Böyük mütəxəssisi

  • Deadline 8 April 2025

Əsas vəzifə funksiyaları:

  • Fasiləsiz ödəniş xidmətlərinin təmin edilməsi üçün texniki dəstək komandaları ilə əməkdaşlıq edir və potensial nasazlıqların operativ aradan qaldırılması üzrə tədbirlər hazırlayır;
  • Ödəniş sistemlərinin sabitliyini qorumaq üçün qabaqlayıcı texniki baxışlar, avtomatik testlər və optimallaşdırma alqoritmlərinin tətbiqi üzrə hazırlanmış təkliflərin aidiyyəti struktur bölmələrlə birlikdə icrasına dəstək olur;
  • Kritik hadisələr zamanı fasiləsiz ödənişlərin təmin olunması üçün ehtiyat (disaster recovery) planlarına və ssenarilərinə uyğun keçirilən testlərin nəticələrini təhlil edir;
  • İstifadəçilərdən toplanmış rəylərə əsaslanaraq məhsulları təkmilləşdirir;
  • Yeni məhsul və ya xidmət ideyalarını ilkin mərhələdə pilot rejimində yoxlayır;
  • Nağdsız ödənişlərin inkişafı üzrə kredit və debet kartları, rəqəmsal cüzdanlar, elektron kommersiya, QR kod və s. ödənişlər üçün funksionallıqlar yaradır və inkişaf etdirir;
  • Ödəniş sistemlərinin inkişafı üzrə qlobal məhsullar ilə müqayisədə əlavə üstünlüklər təmin etmək üçün yeni xüsusiyyətlər və funksiyalar təklif edir;
  • Ödəniş məhsullarını dəyişən bazar tələbləri və texnoloji yeniliklərə uyğunlaşdırmaq üçün təkliflər verir;
  • Ödəniş ekosistemindəki müştəri təcrübəsini yaxşılaşdırır və nağdsız ödənişlərin daha effektiv şəkildə həyata keçirilməsini təmin edir;
  • Həm emitent, həm də ekvayer səviyyəsində ödəniş sistemlərini təhlil edir və təkmilləşdirmək üzrə təkliflər hazırlayır;
  • Bazar iştirakçıları ilə məhsul xüsusiyyətlərinin və funksiyalarının fərqli versiyalarını sınaqdan keçirir və müştəri reaksiyalarına görə ən yaxşı nəticə verən variantlar barədə hesabat hazırlayır;
  • Müasir Məhsul Sahibliyi yanaşmasını tətbiq etmək və kross-funksional komandaları idarə edir;
  • Məhsul üzrə “backlog”ları müəyyən edir və təkmilləşdirilməsi üçün təkliflər verir;
  • Məhsula tam şəkildə (end-to-end) – yaradılacaq funksionallıq və o funksionallığın tətbiqinə cavabdehlik daşıyır;
  • Mərkəzi Bankın strateji hədəflərini və məhsulun razılaşdırılmış hədəflərini nəzərə alaraq prioritetləşdirməni təmin edir;

Tələb olunan biliklər:

  • Təqdimat və yazı bacarığı
  • Aidiyyəti sahə üzrə qanunvericilik bilgiləri
  • Layihələrin idarəetmə bacarığı
  • İT sahəsində texnoloji və idarəetmə standartlar üzrə biliklər

Tələblər:

  • Təcrübə - Müvafiq sahə üzrə 3 il iş təcrübəsi
  • Təhsil - Ali təhsil (İT, İdarəetmə, İqtisadiyyat)
  • Dil bacarığı - Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yüksək səviyyədə), Rus dili (yaxşı səviyyədə)
  • Kompüter bacarığları - MS Office yüksək səviyyədə, MS Project orta səviyyədə, biznes proses analizi və modelləşdirmə alətləri
  • Sertifikatlar - CSPO, PSPO, PSM, PMP və bənzər
  • Daily10
  • Weekly418
  • Monthly1611