Əsas vəzifə funksiyaları:
- Fasiləsiz ödəniş xidmətlərinin təmin edilməsi üçün texniki dəstək komandaları ilə əməkdaşlıq edir və potensial nasazlıqların operativ aradan qaldırılması üzrə tədbirlər hazırlayır;
- Ödəniş sistemlərinin sabitliyini qorumaq üçün qabaqlayıcı texniki baxışlar, avtomatik testlər və optimallaşdırma alqoritmlərinin tətbiqi üzrə hazırlanmış təkliflərin aidiyyəti struktur bölmələrlə birlikdə icrasına dəstək olur;
- Kritik hadisələr zamanı fasiləsiz ödənişlərin təmin olunması üçün ehtiyat (disaster recovery) planlarına və ssenarilərinə uyğun keçirilən testlərin nəticələrini təhlil edir;
- İstifadəçilərdən toplanmış rəylərə əsaslanaraq məhsulları təkmilləşdirir;
- Yeni məhsul və ya xidmət ideyalarını ilkin mərhələdə pilot rejimində yoxlayır;
- Nağdsız ödənişlərin inkişafı üzrə kredit və debet kartları, rəqəmsal cüzdanlar, elektron kommersiya, QR kod və s. ödənişlər üçün funksionallıqlar yaradır və inkişaf etdirir;
- Ödəniş sistemlərinin inkişafı üzrə qlobal məhsullar ilə müqayisədə əlavə üstünlüklər təmin etmək üçün yeni xüsusiyyətlər və funksiyalar təklif edir;
- Ödəniş məhsullarını dəyişən bazar tələbləri və texnoloji yeniliklərə uyğunlaşdırmaq üçün təkliflər verir;
- Ödəniş ekosistemindəki müştəri təcrübəsini yaxşılaşdırır və nağdsız ödənişlərin daha effektiv şəkildə həyata keçirilməsini təmin edir;
- Həm emitent, həm də ekvayer səviyyəsində ödəniş sistemlərini təhlil edir və təkmilləşdirmək üzrə təkliflər hazırlayır;
- Bazar iştirakçıları ilə məhsul xüsusiyyətlərinin və funksiyalarının fərqli versiyalarını sınaqdan keçirir və müştəri reaksiyalarına görə ən yaxşı nəticə verən variantlar barədə hesabat hazırlayır;
- Müasir Məhsul Sahibliyi yanaşmasını tətbiq etmək və kross-funksional komandaları idarə edir;
- Məhsul üzrə “backlog”ları müəyyən edir və təkmilləşdirilməsi üçün təkliflər verir;
- Məhsula tam şəkildə (end-to-end) – yaradılacaq funksionallıq və o funksionallığın tətbiqinə cavabdehlik daşıyır;
- Mərkəzi Bankın strateji hədəflərini və məhsulun razılaşdırılmış hədəflərini nəzərə alaraq prioritetləşdirməni təmin edir;
Tələb olunan biliklər:
- Təqdimat və yazı bacarığı
- Aidiyyəti sahə üzrə qanunvericilik bilgiləri
- Layihələrin idarəetmə bacarığı
- İT sahəsində texnoloji və idarəetmə standartlar üzrə biliklər
Tələblər:
- Təcrübə - Müvafiq sahə üzrə 3 il iş təcrübəsi
- Təhsil - Ali təhsil (İT, İdarəetmə, İqtisadiyyat)
- Dil bacarığı - Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yüksək səviyyədə), Rus dili (yaxşı səviyyədə)
- Kompüter bacarığları - MS Office yüksək səviyyədə, MS Project orta səviyyədə, biznes proses analizi və modelləşdirmə alətləri
- Sertifikatlar - CSPO, PSPO, PSM, PMP və bənzər