Vəzifənin funksiyaları:
- Rəqəmsal ödənişlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin icrası və koordinasiyasında iştirak edir;
- Ödəniş sistemləri və ödəniş alətləri üzrə nəzarət konsepsiyasının hazırlanmasında iştirak edir;
- Ödəniş alətlərindən istifadə zamanı fırıldaqçılıq hallarının qarşısının alınması istiqamətində aidiyyəti qurumlarla birlikdə tədbirlərin həyata keçirilməsinə dəstək göstərir;
- Ödəniş xidmətləri və ödəniş sistemləri üzrə beynəlxalq təcrübədəki yenilikləri araşdırır və yerli sektorda tətbiqi imkanlarının qiymətləndirilməsində iştirak edir
- Ödəniş sistemləri üzrə göstəricilərin təhlillərini aparır və nəticəsi barədə müxtəlif hesabatlar hazırlayır;
- Rəqəmsal ödənişlər üzrə maliyyə savadlılığının artırılması sahəsində həyata keçirilən tədbirlərdə iştirak edir;
- Departamentin fəaliyyət istiqamətlərinə uyğun olaraq xarici ölkələrin mərkəzi bankları, müvafiq yerli və xarici təşkilatlarla əməkdaşlığın təşkilində iştirak edir;
- Şöbənin funksiyalarına aid olan məsələlərlə bağlı departamentə daxil olan müraciətlərə baxır, sorğular üzrə müvafiq cavablar hazırlayır
- Şöbənin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.
Kompetensiyalar:
Davranış kompetensiyalar
- Təşəbbüskarlıq
- Məsuliyyətlilik
- Komandada işləmə
- Təkmilləşməyə meyllilik
- Analitik təhlil etmə
- Araşdırma aparma
- Ünsiyyət qurma
- Vaxtın idarə edilməsi
- Təqdimat bacarıqları
Texniki kompetensiyalar:
- İqtisadiyyat və maliyyə sahəsində ümumi biliklər
- Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunvericilik üzrə biliklər
- Təqdimat və yazı bacarığı
- Analitik təhlil etmə bacarığı
Təcrübə:
- Maliyyə sektorunda azı 1 illik iş təcrübəsi
Təhsil:
- Ali təhsil (İqtisadiyyat, Maliyyə, Hüquq, və ya Tətbiqi riyaziyyat)
- Dil bacarığı Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yüksək səviyyədə)
- Kompüter bacarıqları MS Office proqramları
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər.