Vəzifənin funksiyaları:
- Layihələr üçün sistemlərin analizi, dizaynı və inkişafında iştirak. Yeni proqram təminatlarının yaradılması və mövcud sistemlərin təkmilləşdirilməsində iştirak.
- Oracle PL/SQL dilində kod yazmaq, saxlanılan prosedurlar, funksiyalar və trigerlər hazırlamaq. Verilənlər bazası əməliyyatlarının səmərəliliyini və performansını optimallaşdırmaq.
- Oracle APEX platformasında tətbiqlərin hazırlanması, mövcud tətbiqlərin dəstəklənməsi və təkmilləşdirilməsi. Müxtəlif biznes tələblərinə uyğun olaraq interfeyslər və hesabatlar yaratmaq.
- Yazılmış kodların testləşdirilməsi, səhvlərin tapılması və aradan qaldırılması. Sistemin sabit və etibarlı işləməsini təmin etmək.
- Rəqəmsal mühəndislikdə yeni texnologiyaların və trendlərin izlənilməsi və tətbiq olunmasında iştirak etmək.
- Layihələrin vaxtında və texniki tapşırığa uyğun həyata keçirilməsini təmin etmək.
- Rəhbərliyinin tapşırıqlarına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirmək.
Tələb olunan bilik və bacarıqlar:
- Oracle PL/SQL dilində yüksək səviyyədə bilik və təcrübə. Prosedurlar, funksiyalar və trigerlərin yaradılması bacarığı.
- Oracle APEX platformasında iş təcrübəsi, interfeyslər, hesabatlar və dinamik tətbiqlər hazırlamaq bacarığı.
- Oracle verilənlər bazası ilə iş təcrübəsi, verilənlər bazası dizaynı və optimizasiyası üzrə biliklər
- HTML, CSS və Javascript üzrə biliklər.
- Data structures and algorithms üzrə biliklər.
- RESTful API-lər və veb xidmətləri üzrə biliklər.
- Git və ya digər versiya nəzarət sistemlərindən istifadə bacarığı.
- Mürəkkəb problemləri həll etmək və müştəri tələblərini analiz edərək həllər yaratmaq bacarığı
- Texniki komanda ilə effektiv əməkdaşlıq bacarığı.
- Verilənlər bazaları üzrə bilikləri (Oracle, SQL Server, PostgreSQL və s.)
- Web bilikləri (HTML, CSS)
- Web Servis əsasları (SOAP, REST)
Digər tələblər:
- Səlis azərbaycan, orta səviyyədə ingilis dili bacarığı
- Müvafiq sahədə 3 illik iş təcrübəsi
- Ali təhsil (Tətbiqi Riyaziyyat və Kibernetika / Kompüter Elmlər və s İT yönümlü ixtisaslar)
- Kompüter bacarığı MS Office (Word, Excell, Power Point)